17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (15-19 iyul) yekunlarına görə, ABŞ-da neft ehtiyatları yenidən kəskin azalıb.
"APA-Economics"in API-yə istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 10,96 mln. barel azalaraq 449,04 mln. barel təşkil edib.
Məlumata əsasən, bir həftə öncə API-in proqnozlarına əsasən, ABŞ-ın neft ehtiyatları 1,4 mln. barel azalmalı idi.
Xatırladaq ki, proqnozlara görə, 2019-cu ildə ABŞ-da gündəlik neft hasilatı rekord 12,36 mln. barelə çatacaq. Ötən il bu göstərici öz maksimumuna çataraq 10,96 mln. barel təşkil edib.