Yekaterinburqdan Bakıya üç milyon pul keçirmək istədi

 

Yekaterinburqda Koltsovo hava limanında üç milyon rublu gömrükçülərə bildirmədən Azərbaycana oğurluq keçirtmək istəyən şəxs tutulub. Virtualaz.org bildirir ki, bu barədə Ural nəqliyyat prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

"Müsadirə olunan pullar cinayət işinə maddi sübut kimi təqdim olunaraq, gömrükdə anbarda saxlanılıb. Günahkara hökm çıxarıldıqdan sonra isə, aşkar edilmiş pullar dövlət büdcəsinə köçürüləcək”, - məlumatda bildirilir.

Ural Nəqliyyat Prokurorluğu bəyan edib ki, xarici ölkələrə ixrac olunan pullar barədə əvvəlcədən bildiriliş olunmalıdır. Bununçün hava limanının gömrük nəzarəti zonasında bütün lazımi məlumatlar yerləşdirilib.

Saxlanılan şəxs barəsində "Nağd pul qaçaqmalçılığı” maddəsi ilə cinayət işi açılıb. O, onda tutulan pulun qarşılığında 9 milyondan 30 milyon arası rubl cərimə ödəməli olacaq.



Oxşar Xəbərlər

Xəbər lenti