“S&P” : Azərbaycanda qaz ixracatının artması iqtisadiyyata müsbət təsir göstərəcək

“S&P”

 

"S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2023-cü ilin sonunadək Azərbaycanda orta iqtisadi artımın 2,5 faizədək olacağı qənaətindədir.

Sozcu.info  xəbər verir ki, iqtisadi artım bu yaxınlardakı vergitutma tədbirləri sayəsində istehlak səviyyəsinin bərpa olunması, habelə 2018-ci ilin iyul ayında "Şahdəniz-2” layihəsinin icrasına başlaması, nəticədə ölkə təbii qazının Türkiyəyə ixracı ilə dəstəklənəcək: "Bütün ehtiyatlar işə salınanadək yaxın 4-5 il ərzində qaz ixracatının getdikcə artacağını, bunun da iqtisadi artıma müsbət təsir göstərəcəyini gözləyirik”.

Uzunmüddətli perspektivə gəlincə, agentlik ölkənin ən iri yatağı olan "Azəri-Çıraq-Günəşli" bloku üzrə hasilatla bağlı qeyri-müəyyənliyin davam etdiyini bildirir: "2020-ci ildə Azərbaycanda neft hasilatının, təqribən, 3 faiz, yəni gündəlik 733 min barelədək azalacağını, lakin bizim proqnoz əhatəmiz çərçivəsində 771 min barel səviyyəsində sabitləşəcəyini gözləyirik. Çünki "Şahdəniz-2” və "Abşeron” bloklarındakı hasilat çox güman ki, AÇG-dəki hasilatın azalması əvəzləyəcək”.

Proqnozlara görə, 2020-ci ildə ölkədə ÜDM-nin gerçək artımı 1,7 faiz, 2021-ci ildə 3,2 faiz, 2022-2023-cü illər ərzində isə ildə 2,2 faiz olacaq. ÜDM-in nominal məbləği müvafiq olaraq 78 milyard, 79 milyard, 82 milyard, 85 milyard manat, adambaşı məbləği isə 2020-2021-ci illərdə 4600 dollar, 2022-ci ildə 4700 dollar, 2023-cü ildə 4900 dollar səviyyəsində gözlənilir. Ölkə iqtisadiyyatına sərmayə qoyuluşu 2020-ci ildə ÜDM-in 19,6, 2021-ci ildə 18,7, 2022-ci ildə 18,4, 2023-cü ildə 18,2 faizi səviyyəsində, ixracatın artımı isə gerçək şəkildə müvafiq olaraq 0,3%, 3,8%, 2,6% və 1,5% olacaq.



Oxşar Xəbərlər

Xəbər lenti