24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Rusiya Çinlə sərhədlərini bağladığı üçün Vladivostok mağazalarında xiyar və pomidor yoxa çıxıb.
Sozcu.info xəbər verir ki, regionda əsas riteyler şirkəti "Samberi”nin şəbəkəsində badımcan, xiyar və pomidor yoxdur. Hərçənd sərhədlərin bağlanmasından əvvəl gətirilən Çin soğanı və çuğunduru hələ satışda var.
"Samberi” mağazasının inzibatçısı deyib ki, satışda tərəvəzlər yoxdur, çünki Çin təchizatı dayandırıb. Primorye istehsalçıları isə xiyar və pomidorun qiymətini hər kiloqrama görə 550-600 rubla qədər qaldırıblar. Müqayisə üçün qeyd olunur ki, koronovirus epidemiyasına görə sərhədlərin bağlanmasından əvvəl mağazalarda Çin xiyarı və pomidoru cəmi 100-160 rubla satılırdı.
"Yaxın aylarda situasiya belə görünür ki, dəyişməyəcək. Bizim şəbəkə yerli istehsalçılardan o qiymətə tərəvəz almağa hazırlaşmır”,-inzibatçı deyib.
"Remi” ticarət şəbəkəsinin nümayəndəsi Dmitri Suleyev isə bildirib ki, yerli istehsalçılar qiyməti kəskin qaldırıb, üstəlik istixanalar malı ancaq nəğd satır. Ticarət şəbəkəsi isə nəğd mal ala bilməz.
Onun bildirdiyinə görə, hələlik Vladivostoka təyyarə ilə Azərbaycandan tərəvəz gətirilir. Azərbaycan pomidoru Vladivostokda kiloqramı 550 rubldan (təqribən 9 ABŞ dolları) satılır. Bu həftə Türkiyə pomidoru da bazara daxil olmalıdır, gözlənilir ki, qiyməti 300 rubl olacaq.