Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Əvvəlki
Sonrakı
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ərzaq idxalımız getdikcə artır
- səbəblər
Ekspert: “Heç bir ölkənin özünü yüz faiz ərzaqla təmin etməsi mümkün deyil, amma”...
Ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması uzun illərdir Azərbaycanda müzakirə mövzusu olaraq qalır. Faktiki olaraq bu müzakirələr ölkənin müstəqillik tarixi ilə eyni vaxtdan başlanıb. Ötən müddət ərzində iki dəfə bu istiqamətdə dövlət proqramı təsdiqlənib: “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” 2001-ci ildə, “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramı(2008-2015-ci illər). Bundan əlavə, 2015-ci ildə təsdiqlənmiş ”Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə də etibarlı ərzaq təminatına nail olunması qarşıya qoyulan hədəflərdən birini təşkil edir.
Lakin ötən illər ərzində Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı baxımından ciddi uğurların əldə olunduğunu söyləmək qeyri-mümkündür. Əkinəyararlı torpaqları ölkə ərazisinin cəmi 0,9 faizinə bərabər olan Sinqapur ərzaq təhlükəsizliyinin təmin olunması səviyyəsinə görə dünyada ilk yerdədir. Ərazisinə nisbətdə əkinəyararlı torpaqları ondan qat-qat yüksək olan Azərbaycanda isə xaricdən ərzaq idxalı ildən-ilə artır. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin beş ayında Azərbaycan xaricdən ümumilikdə 650 milyon ABŞ dolları dəyərində ərzaq məhsulları alıb, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çoxdur.
Maraqlıdır ki, bu ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə əsas strateji ərzaq məhsulu olan buğda idxalında ciddi azalma var: ötənilki 551 min 443.82 tona qarşı bu il 341 min 835.27 ton buğda idxal etmişik. Lakin digər əsas ərzaq məhsulları üzrə baş verən artım nəticəsində ümumi ərzaq idxalımız ötən ilə nisbətən yüksək olub. Belə ki, ötən ilin 5 ayında 20 292.89 ton ət, 3 253.75 ton süd, 5 434.94 ton kərə yağı və süddən hazırlanmış digər yağlar, 20 702.12 ton düyü, 56 657.15 ton bitki və heyvan mənşəli yağlar və piylər idxal etmişik. Bu il isə həmin məhsullar üzrə müvafiq olaraq 22 574.34 min ton (11,2 faiz artım),4 431.04 ton (36,2 faiz artım), 7 198.35 ton (32,4 faiz artım), 28 682.17 ton(38,5 faiz artım), 68 355.30 (20,6 faiz artım) ton idxalımız olub. Bundan əlavə, çay idxalında 5,1 faiz, meyvə-tərəvəz idxalında isə 9,6 faizlik artım var.
2019-cu ildə ərzaq məhsulları idxalımız 1 milyard 644 milyon 360.26 min dollar olmaqla ümumi idxalımızın 12,3 faizini təşkil edib. 2018-ci ildə bu göstərici 1 milyard 370 milyon 596.07 min dollar və 11,95 faiz, 2017-ci ildə isə 1 milyard 403 milyon 818.51 min dollar və 15,99 faiz təşkil edib.
Bu zaman ümumi idxalımız 2019-cu ildə 13 milyard 667 milyon 237.83 min dollar, 2018-ci ildə 11 milyard 464 milyon 970.08 min dollar, 2017-ci ildə isə 8 milyard 782 milyon 7.55 min dollar olub. 2015-2016-cı illərdə neftin qiymətinin kəskin düşməsi nəticəsində dövlət qurumlarının idxalına ciddi məhdudiyyət tətbiq olunduğuna görə ümumi idxalımızda kəskin azalma olub.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, Azərbaycanın buğda ilə təminatında idxaldan asılılıq səviyyəsi 2016-cı ildəki 47,1 faizdən 2018-ci ildə 35,2 faizə düşüb. 2019-cu ildə idxalın kəskin artımı ilə yəqin ki, bu göstəricidə yenidən artım qeydə alınıb.
Bütün növ mal-qara və quş əti ilə təminatda idxaldan asılılıq 2016-cı ildəki 12,1 faizdən 2018-ci ildə 17,5 faizə çatıb. Bu zaman mal əti idxalından asılılıq iki ildə 6,6 faizdən 15 faizə yüksəlib. Burada nəzərə almaq lazımdır ki, xaricdən idxal olunan diri mal-qara ət idxalında nəzərə alınmır. Halbuki son illərdə diri mal-qara idxalında çox ciddi artım var.
Düyü təminatında xaricdən asılılıq 2018-ci ildə 80,6 faiz, şəkərli-unlu qənnadı məmulatlarında 80,2 faiz, makaron məmulatlarında 76 faiz, bitki yağlarında 72,7 faiz, kərə yağında 29,4 faiz, şəkər istehsalı üçün xammalda 90,8 faiz, çayda 62,1 faiz təşkil edib.
Ötən il Azərbaycan xaricdən 1,6 milyon tona yaxın buğda idxal edib. İdxalın mühüm hissəsi Rusiyadan reallaşdırılıb. Bu il ölkə ərazisində müşahidə olunan quraqlığın taxıl istehsalında məhsuldarlığın azalmasına gətirib çıxaracağı gözlənilir. Xüsusilə Qərb bölgəsində payız və qış dövründə yağıntıların demək olar ki, düşməməsi taxılçılığa böyük zərər vurub. Hələlik quraqlığa daha az məruz qalan ərazilərdə taxıl biçininə başlanıb. İyunun 24-nə olan məlumata görə, ölkədə taxıl zəmilərinin 49,1 faizində biçin başa çatıb. 496 412,6 hektar biçilmiş sahədən 1 milyon 566 798,6 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir.
Arpa sahələrinin biçini yekun mərhələyə qədəm qoymaqdadır. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, indiyədək 289 695,3 hektar sahədə biçin başa çatıb. Sahələrdən 880 080,5 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,4 sentner təşkil edir. Yaxın zamanlarda Aran bölgəsi və dağətəyi rayonlarda arpa biçininin tam yekunlaşacağı gözlənilir.
Buğda sahələrində də biçin prosesi sürətlə davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 206 717,1 hektarında biçin yekunlaşıb. Sahələrdən 686 718,1 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 33,2 sentner təşkil edir. Qeyd edək ki, bu il Azərbaycanda 1 010 218 hektar sahədə payızlıq taxıl əkilib. Maraqlıdır ki, bu ilin 5 ayında diri mal-qaranın əsas idxal ölkəsi olan Gürcüstandan idxalımız kəskin azalıb. İdxal illik müqayisədə 870,2 ton və ya 2 dəfə azalaraq 849,2 ton təşkil edib. Gürcüstan Milli Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun ümumi dəyəri 1 milyon 545,4 min dollar təşkil edib ki, bu, ötən illə müqayisədə 1 milyon 071,5 min dollar və ya 41 faiz azdır.
2019-cu ilin ilk beş ayı ərzində isə Gürcüstan Azərbaycana 2 milyon 616.9 min dollar dəyərində 1 720,7 ton canlı iribuynuzlu mal-qara ixrac edib. Bu azalma koronavirus pandemiyasına görə tətbiq olunan sərt karantin tədbirləri ilə bağlıdır. Əvəzində isə Azərbaycan Gürcüstandan dondurulmuş mal əti idxalını artırıb. Gürcüstan statistika orqanının məlumatına əsasən, 5 ayda oradan 5,84 milyon dollar dəyərində 1 400 ton dondurulmuş mal əti idxal edilib. İllik müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi dondurulmuş mal ətinin çəkisi 1 390,2 ton və ya 143 dəfə artıb.
Hazırda koronavirus pandemiyası bütün dünyada ərzaqla təminat sahəsində ciddi təhlükələr formalaşdırır. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar mütəmadi olaraq əsas ərzaq məhsullarının ixracatçılarını ixraca hədsiz məhdudiyyətlər tətbiq etməkdən çəkinməyə çağırırlar. Belə bir şəraitdə Azərbaycan kimi ərzaq təminatında idxaldan asılılığı yüksək olan ölkələr üçün təhlükə daha da artır.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, dünyada elə bir ölkə yoxdur ki, bütün ərzaq məhsulları ilə özünü tam təmin edə bilsin:
“Ərzaq təhlükəsizliyi məsələsinə elmi cəhətdən yanaşılmalıdır. Bu gün dünyada yüz faiz öz-özünü ərzaqla təmin edən ölkə yoxdur. Burada bir çox faktorlar rol oynayır: hansısa məhsulu bir ölkədə istehsal etmək həddindən artıq başa gəlir, ölkələrarası ticarət əlaqələri digər məhsulun idxalını daha səmərəli edir, bir başqa ölkənin müəyyən məhsulları yetişdirmək imkanları məhduddur və sair. Bu baxımdan, hansısa ölkənin tam ərzaq təminatına malik olması qeyri-mümkündür. Buna görə də söhbət hansısa ölkənin ərzaq təhlükəsizliyini təmin etmə səviyyəsindən danışmaq mümkündür. Azərbaycana gəlincə, uzun illərdir biz bu sahədəki problemləri deyirik, həll yollarını göstəririk, təəssüf ki, bir nəticə yoxdur”.
Ekspertə görə, Azərbaycanda ərzaq təminatı məsələsinə elmi yanaşma olmalıdır:
“Hansı məhsullarla özümüzü tam təmin etmək potensialımızın olduğu müəyyən edilməli, həmin sahələrdə dövlət dəstəyi, investisiya cəlbi yolu ilə inkişafa nail olunmalıdır. Burada əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilməlidir. Bütün elmi-praktik tədqiqatlar aparılmalı, hesablamalar həyata keçirilməli və təkmil bir dövlət proqramı qəbul edilməlidir. Yəni əvvəlcə aqrar sahəni prioritet elan edib, sonradan suvarma imkanlarını hesablamaq olmamalıdır. Bildiyiniz kimi, Azərbaycanda suvarma imkanları əvvəlcədən də məhdud idi, son illərdə qlobal iqlim dəyişikliyinin təsiri ilə daha da məhdudlaşıb. Hökumət 15 ilə yaxındır aqrar sahənin inkişafını proritet elan edib, bu ildən suvarma məsələsinə diqqət yetirməyə başlayıb. Hökumət Asiya İnkişaf Bankı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müzakirələr aparılır. Halbuki əvvəlcə suvarma imkanları yaradılıb, sonra aqrar sektorun inkişafı qeydinə qalınmalı idi. Bu cür baş-ayaq işləməklə, əlbəttə, ərzaq təminatında idxaldan asılılıq artacaq. Ərzaq təhlükəsizliyi deyəndə, təbii ki, ilk ağla gələn buğda olur. Bizdə istehsal olunan buğdanın keyfiyyət göstəriciləri ərzaq məqsədilə istifadəyə imkan vermir. Ona görə də ildə təxminən 1,5 milyon ton ərzaq buğdası idxal edirik: Rusiyadan, Qazaxıstandan. O buğda ölkədə yerli buğda ilə 60/40, 70/30 faiz nisbətində qarışdırılıb ərzaq məqsədilə istifadə olunur. Bu qədər illər ərzində keyfiyyətli buğda istehsalını yoluna qoya bilməmişiksə, hansı ərzaq təhlükəsizliyindən danışmaq olar? Bu sahədə ilk addım keyfiyyətsizliyin səbəblərinin araşdırılması olmalıdır. Azərbaycanın özünütəminetmə imkanları geniş olan ərzaq məhsulları müəyyənləşdirilməli və onların istehsalı prioritet elan olunmalıdır”.
N.Cəfərlinin sözlərinə görə, çay, şəkər kimi xammalı demək olar ki, bütünlüklə xaricdən gətirilən məhsulları yerli istehsal adlandırmaq yanlışlıqdır:
“Onlarla adda Azərbaycan istehsalı kimi çay satırlar. Bu, kökündən yanlışdır. Şəkər də o cümlədən. Elə məhsullar var ki, onlarla bağlı idxaldan asılılığın qarşısını almaq mümkün deyil. Biz digər məhsullar üzrə istehsalı və ixracı artırmaqla ölkədən valyuta giriş-çıxışını tənzimləyə bilərik”.
Oxşar Xəbərlər
Baş nazirin müavini:“Azərbaycanda insanların qida ilə təmin olunması öz həllini tapıb”
Baş nazirin müavini:“Azərbaycanda insanların qida ilə təmin olunması öz həllini tapıb”
Azərbaycanda illik inflyasiya 2,8 faiz olub
Azərbaycanda bu məhsullar UCUZLAŞDI - SİYAHI
Xəbər lenti
Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Xına mərasimində DƏHŞƏT -
yaralılar var
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Bazarda alça və gilas görün neçəyə satılır -
Qiymətlər...
BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
Bu bürclər bir-biri ilə evlənməməlidir
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
DİM məlumat yaydı
Oman Hörmüzlə bağlı təcili xəbərdarlıq yaydı
İranla sərhəddə əməliyyat -
DSX MƏLUMAT YAYDI
Manatla bağlı
MÜHÜM XƏBƏR
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Neft bazarında kəskin eniş:
Bakı neftinin qiyməti belə dəyişdi
Rusiya Ermənistandan tərəvəz, pomidor idxalını da dayandırdı
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
SON DƏQİQƏ: Prezidentdən Asəf Hacıyevlə bağlı
SƏRƏNCAM
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri ŞOKA SALAN QƏRAR
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir
İranda yeniyetmə bütün ailəsini qətlə yetirdi -
DƏHŞƏT
Kərə yağı ilə bağlı qərar verildi
İyun ayının ən uğurlu günləri açıqlandı —
Bu tarixlərə diqqət!
Neft bazarında kəskin dönüş:
Qiymətlər bir anda DƏYİŞDİ
Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ...
İranlılar vicdanla danışıq aparırlar -
Vens
Hava kəskin dəyişir -
XƏBƏRDARLIQ
Azərbaycanlıların sevimli göyərtisinin xərçəngdən qoruduğu üzə çıxdı
Yumurtanı saniyədə qabığını soymağın ən asan yolu:
Qaynar suya yarım çay qaşığı...
Temuya ağır zərbə – təhlükəli maddələr satırmış
Qarşıdakı 5 illə bağlı alimlərdən
XƏBƏRDARLIQ
Azərbaycanda məktəblər gözləniləndən tez bağlanacaq –
Tarix açıqlandı
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə GÖRÜŞDÜ - FOTO
Rəvan Qarayev 3-cü dəfə evləndi
Anasını və qardaşını öldürüb qohumlarından pul yığdı
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu bürclər bir-biri ilə evlənməməlidir
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir