Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
TANAP-dan qazanacaq ölkələr kəmərə qarşı erməni təxribatına etiraz etməlidir
Avropa enerji təhlükəsizliyini təmin edən layihələri hədəfə alan Ermənistana niyə cavab vermir?
Azərbaycanın böyük Vətən savaşında başlıca məqsədi işğal altında olan torpaqlarını azad etmək, həmin ərazini erməni terrorçularından təmizləmək və regionda sülhü bərpa etməkdir. Ermənistanın bu təxribatlarda əsas hədəfləri isə Azərbaycanın dinc vətəndaşları ilə yanaşı həm də beynəlxalq enerji layihələridir. Hazırda bu layihələr yüksək səviyyədə qorunur. Lakin digər bir məqam odur ki, o layihələr təkcə Azərbaycan üçün deyil, həm də qonşu dövlətlər və Avropa dövlətləri üçün əhəmiyyətlidir.
Dövlət başçısı da son müsahibələrində bu məqama toxunaraq TANAP layihəsindən faylanması gözlənilən dövlətləri Ermənistana qarşı səssiz qalmamağa çağırıb.
Dövlət başçısı
“Haber Türk”
televiziya kanalına müsahibəsində deyib ki, gələn il TANAP-dan qaz alacaq Avropa ölkələri Ermənistanı xəbərdar etməlidir. “Çünki TANAP təkcə bizim layihəmiz deyil. TANAP-ın başqa səhmdarları var, TAP-ın Avropa səhmdarları var. Bu, Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan bir layihədir. Ona görə hamımız maraqlı olmalıyıq ki, bu layihəyə hər hansı bir ziyan dəyməsin”, - deyə, Prezident bildirib.
İqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, TANAP və TAP layihələri Avropa üçün alternativ layihələrdir və kifayət qədər ciddi iqtisadi və geosiyasi əhəmiyyətə malikdir:
“Ermənistan tərəfdən belə təhdidlərin olması Qərb dövlətlərinin heç də xoşuna gəlmir. Ancaq onlar da anlayırlar ki, bu təhdidlərin arxasında duran güc Ermənistan deyil. Rusiyanın Avropa ilə əsas fikirlərinin üst-üstə düşmədiyi layihələrdən biri də ”Şimal axını" layihəsidir. Bölgədə gərginlik qaldıqca “Şimal axını 2" layihəsinin önəmi artır. Rusiyaya bu layihə ilə bağlı qoyulacaq sanksiyaların ertələnməsi baş verir. Bu məsələyə daha geniş müstəvidə baxmaq lazımdır. Bölgədəki gərginlik, TANAP və TAP layihələrinə - yəni Azərbaycanın Türkiyə və Gürcüstan üzərindən Avropaya çatan layihələrə təhdidin olması narahat edən məqamdır. Ancaq Avropa bu təhdidin haradan qaynaqlanmasını da bilir”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə bu layihələrin Azərbaycan üçün əhəmiyyətindən danışdı:
“TAP tikintisini başa çatdırdı. Bununla bağlı TAP konsorsiumu öz saytında ictimaiyyəti məlumatlandırdı. Orada qeyd olunub ki, 2020-ci ilin sonuna qədər artıq Avropadakı istehlakçılar Azərbaycandan qaz alışına başlayacaqlar. Xeyli gecikmələr oldu. 2013-cü ildə imzalanmış qaz satışına dair müqavilə və həmin il ”Şahdəniz 2" konsorsiumunun TAP-ı Avropaya qaz nəqlində əsas marşrut kimi seçməsi, imzalanan sənədlər göstərirdi ki, 2018-ci ilin ikinci rübündən gec olmayaraq Avropa dövlətləri Azərbaycan qazını almalıdırlar. Avropa nə 2019-cu ildə bunu həyata keçirdi, nə də 2020-ci ilin əvvəlində edə bildilər. Ancaq artıq 2020-ci ilin sonunda Azərbaycan qazının Avropaya nəqli başlaya bilər. Bu, Azərbaycanın Cənub Qaz Dəhlizi ilə böyük bazarlara qaz ixracının başlanğıcı hesab edilə bilər. Bu baxımdan 2020-ci il bizim iqtisadi tariximizə şanlı hərflərlə yazılacaq. Əgər Azərbaycanın Avropaya qaz ixracı üçün bu dəhlizi olmasaydı, “Şahdəniz 2" layihəsinin işlənməsi də həyata keçməyəcəkdi. Bu zaman Azərbaycanda ”Şahdəniz"dən sonra nə qədər qaz yataqları tapılırsa tapılsın, onlar ancq bir aktiv kimi qeyd ediləcəkdi. Yəni onun işlənməsinə investisiya qoyan olmayacaqdı. Çünki dənizdə qaz layihələrinin işlənməsi bahalı layihələrdir və bunun reallaşması üçün böyük bazarlara çıxış lazımdır. Bunun üçün uzunmüddətli qaz satışı həyata keçirməlisən ki, qane edən mənfəəti əldə etmiş olasan. Azərbaycanın neft hasilatı artıq 10 ildən çoxdur ki, özünün zirvə həddini keçib, qaz erasına keçid hökumət səviyyəsində elan edilib. Bu, Azərbaycanın XXI əsrdə yeni karbohidrogen dövründə əldə etmək istədiyi gəlirlərin başlanğıcıdır".
İ.Şabanın sözlərinə görə, Əsrin Müqaviləsindən bəri Azərbaycan enerji layihələrinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edəcəyini gözləyir:
“1994-cü ildə Azəri-Çıraq-Günəşli layihəsi imzalananda Azərbaycan vətəndaşlarında belə bir arzu var idi ki, neft yataqlarının işlənməsi Ermənistanın ölkəmizə qarşı ədalətsiz aqressiyasının qarşısını ala bilər və bunun sülh yolu ilə ədalətli həllinə gətirib çıxara bilər. Neft-qaz sektoru ilə bağlı xaricə indiyədək 90 milyard manat investisiya yatırılıb və bu, faktiki olaraq münaqişədə heç bir rol oynamadı. Doğrudur, Azərbaycan bu layihələrlə özünün dünya ilə ikitərəfli əlaqələrini hədsiz şəkildə genişləndirdi. Neftdən gələn gəlirlər hesabına Azərbaycan ayaq üstə durdu, ordu yaratdı. Ermənistanın tərəfində olan müəyyən aktiv oyunçuları neytrallaşdırmağa nail oldu. Bu hamısı neftin bizə verdiyi imkanlar hesabına oldu. Ancaq xarici dövlətlərin məhz Azərbaycanda vəsait qazandığı üçün ölkəmizə dəstək durması təkcə neftlə bağlı deyil. BMT-nin dünyada silah alveri üzrə hesabatına nəzər salsaq, 2005-2015-ci illərdə Azərbaycan Rusiyadan silah alınmasına 20 milyarddan bir qədər artıq vəsait xərcləyib. Bu, Rusiyanın hərbi sənaye kompleksinə dayaq durmaqdır, Rusiyanın Azərbaycandan yararlanmasıdır. Bu ancaq 10 il ərazində olan statistika idi. Ancaq münaqişədən 30 il keçib, Rusiya bu gün kimin tərəfindədir, bizim, yoxsa Ermənistanın? Rusiya hər vəchlə dəridən-qabıqdan çıxır ki, status-kvo qorunub saxlanılsın, 1905-ci ildən gündəmə gələn 115 illik bu tətik Rusiyanın əlində olsun. Bu yolla təkcə Azərbaycanı yox, Ermənistanı da öz təsir dairəsində saxlasın”.
Oxşar Xəbərlər
Bu gün TANAP layihəsinin açılış mərasimi olacaq – Azərbaycan qazını Qərbə daşıyacaq nəhəng layihə işə düşür
Azərbaycan Prezidentinin köməkçisi
Əli Həsənov: “Xarici agentlərdən qrant alan media nümayəndələri TAP-a, TANAP-a qarşı çıxır”
Ərdoğan Avropa İttifaqına çağırış etdi- Azərbaycanın ərazi bütövlüyü ilə bağlı
Xəbər lenti
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
Bu ərazilərdə işıq olmayacaq
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
Növbəti 3 günlə bağlı
Xəbərlər
Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dəhşətli təyyarə qəzası: ölənlər var
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
PRİZMA
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bu ərazilərdə işıq olmayacaq
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
Növbəti 3 günlə bağlı
Xəbərlər
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ