"OPEC plus" ölkələri sazişi tam şəkildə icra etmək barədə razılığa gəliblər

"OPEC plus" ölkələri sazişin tam şəkildə icrasını davam etdirmək barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bunu "Rossiya-24" telekanalına müsahibəsi zamanı Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
Onun sözlərinə görə, "OPEC plus" monitorinq komitəsinin nazirlərinin növbəti iclası bu ilin noyabr ayında keçiriləcək: "Görüşün nəticələri üzrə sazişin tam şəkildə icrasının davam etdirilməsi barədə razılıq əldə edildi, müvafiq tövsiyələr verildi. Növbəti dəfə noyabr ayında görüşmək barədə razılığa gəldik".
Qeyd edək ki, bu gün "OPEC plus" monitorinq komitəsinin nazirləri arasında növbəti videoformatda görüş keçirilib. Görüş zamanı nazirlər neft hasilatının azaldılması barədə sazişin icrasını müzakirə ediblər.


Oxşar Xəbərlər

Xəbər lenti