Gürcüstan Azərbaycanla ticarət dövriyyəsi reytinqində önə keçdi

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 416,1 milyon dollar təşkil edib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi cüzi də olsa azalıb.

Belə ki, ötən il Gürcüstanla Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 468,5 milyon dollar olub. 2019-cu ilə nisbətən bu il Gürcüstan Azərbaycanla ticarət dövriyyəsində 10-cu ölkədir. Ötən ilin eyni dövründə isə Gürcüstan reytinqdə 15-ci ölkə idi. Gürcüstan cədvəldə İsrail, Fransa, İspaniya və Böyük Britaniya kimi ölkələri Azərbaycanla ticarət dövriyyəsində geridə qoyub.

Bu il Azərbaycandan ölkəyə 365,6 milyon dollar həcmində məhsul ixrac edilib. Ölkədən Azərbaycana 50,4 milyon dollar həcmində məhsul idxal edilib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}