Masallıda indiyədək 6450 hektar sahədə payızlıq taxıl əkilib


Masallı rayonunda payızlıq taxıl əkini davam edir. İndiyədək 6450 hektar sahədə səpin aparılıb. Bunun 4708 hektarı buğda, 1742 hektarı isə arpa sahələridir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, taxıl əkini xüsusilə rayonun Çaxırlı, Qarğalıq, Təklə və bir sıra digər ərazilərdə daha mütəşəkkil aparılır.

Rayonda taxılçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri əkin zamanı daha çox yerli şəraitə uyğun reproduksiyalı toxumlardan istifadə edirlər.


Oxşar Xəbərlər

Xəbər lenti