ABB Rusiya və Gürcüstandakı törəmələrinin taleyi haqda

 

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası prosesi ABB-nin törəmə müəssisələri olan "ABB-Moskva" və "ABB-Gürcüstan"nın fəaliyyətinə aid olmayacaq.

Bankın mətbuat xidmətindən  verilən məlumata görə, adıçəkilən törəmə müəssisələr xarici öhdəliklərə malik deyil. Bu banklar Rusiya və Gürcüstan dövlətlərindən alınmış müvafiq lisenziya əsasında həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Bu ölkələrin mərkəzi banklarının qəbul etdiyi bütün normativlərə əməl edir. Hər iki törəmə bankın maliyyə durumunun adekvatlığı onların fəaliyyət göstərdiyi Rusiya və Gürcüstanın mərkəzi banklarının müəyyən etdiyi normativ tələblərdən dəfələrlə yaxşıdır.

Hazırda həm "ABB-Moskva", həm də "ABB-Gürcüstan" universal bank olaraq bu ölkələrin ən aparıcı maliyyə-kredit təşkilatı sırasına daxildir. 2016-cı ilin oktyabrında "Moody's" beynəlxalq reytinq agentliyi "ABB-Moskva"nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini "V3" səviyyəsindən "V2" səviyyəsinə qədər artırıb. Bankın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) "b3"dən "b2" pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də əvvəlki "B-2" deyil, daha yüksək - "B-1" səviyyəsində dəyərləndirilib. Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib.

Həm "ABB-Moskva", həm də "ABB-Gürcüstan" hazırda müştərilər qarşısındakı öhdəliklərini uğurla yerinə yetirir. Rusiya və Gürcüstanın maliyyə bazarındakı uzunmüddətli işgüzar nüfuzunu qoruyub saxlayır. Fəaliyyətinin müasir tələbələrə uyğun qurulması üçün strateji inkişaf planına uyğun müvafiq tədbirləri davam etdirir.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti