Azərbaycanda dollar ajotajı - Mərkəzi Bankdan açıqlama

Martın 29-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Bankdan Sozcu.info-ya bildirilib ki, hərracda tələb 105 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.


Oxşar Xəbərlər

Xəbər lenti