Avropa bazarında təbii qaz qiyməti 21 faiz bahalaşıb

Avropada aprelin 27-də keçirilən hərracın açılışında mavi yanacağın min kubmetrinin qiyməti 21 faiz bahalaşaraq 1350 dolları ötüb.
SOZCU.INFO informasiya agentliyinə istinadla xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hərracın aşılısında Niderlanddakı TTF habında min kubmetr qazın may fyuçersinin qiyməti 1374 dollara qalxsa da sonradan 1250 dollardan aşağı düşüb.
Bahalaşma Rusiya qazının Polşa və Bolqarıstana nəqlinin dayandırılması fonunda qeydə alınıb. Bir müddət öncə “Qazprom” kompaniyası müəyyən olunmuş vaxtda mavi yanacağın qiymətinin rublla ödənilməməsi səbəbindən Bolqarıstanın “Bulqarqaz” və Polşanın PGNiG kompaniyalarına qaz tədarükünü tam dayandırdığını elan edib.
Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ildə Rusiya qazının Polşaya tədarükü 9,4 faiz artaraq 10,58 milyard kubmetrə, Bolqarıstana tədarükü isə iki dəfə artaraq 3,15 milyard kubmetrə çatmışdı. Polşa hər il təxminən 20 milyard kubmetr qaz istifadə edir. Varşava ABŞ və Qətərdən alacağı maye qaz, həmçinin Norveç şelfindən qaz tədarükü ilə Rusiya qazından imtina etmək imkanını nəzərdən keçirir.
Qeyd edək ki, martın 7-də Avropada mavi yanacağın qiyməti tarixdə ilk dəfə min kubmetrə görə 3900 dollara çatmışdı.
RF Prezidenti Vladimir Putin martın 23-də imzaladığı fərmanla aprelin 1-dən etibarən qeyri-dost ölkələrdən olan alıcılar tərəfindən Rusiya qazı üçün ödənişin yeni qaydalarını müəyyən edib. Fərmana əsasən, onlar tədarük haqqını ödəmək üçün “Qazprombank” kompaniyasında xüsusi rubl hesabları açmalıdır.


Oxşar Xəbərlər

Xəbər lenti