Almaniya taxıl ixracında Ukraynaya kömək üçün pul fondu yaradacaq


Almaniya hökuməti Ukrayna taxılının ixracını sürətləndirmək üçün pul fondu yaradacaq.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin dəmir yolu daşımaları üzrə səlahiyyətli nümayəndəsi Maykl Terer bildirib.

Onun sözlərinə görə, hazırda Almaniya Ukrayna taxılını daşımağı planlaşdırdıqları qabların alınması üçün fond yaratmaq ideyasını müzakirə edir. Eyni zamanda, almanlar Ukrayna sərhədində taxılın yenidən yüklənməsi üçün terminalların verilməsinə kömək etmək istəyirlər.

"Biz qlobal aclığın qarşısını almaq üçün Ukraynadan taxılın dəmir yolu ilə daşınmasını təmin etmək üçün mümkün olan hər şeyi edirik", - Terer deyib.

O, həmçinin əlavə edib ki, ən yaxşı halda Ukraynada olan 23 milyon ton taxıldan yalnız 10 milyon tonu dəmir yolu ilə ixrac oluna bilər.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Ukrayna hökuməti taxıl ixracı üçün iki marşrut hazırlayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}