15-01-2026, 21:37
14-01-2026, 11:52
7-01-2026, 21:19
6-01-2026, 22:02
23-12-2025, 18:26
2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri illik hesablamada 13,7 faiz bahalaşıb. İyul və avqustda inflyasiya səviyyəsi 14%-ə çatmışdı.
Bu barədə Dövlət Statistika Komitəsi bildirir. Deyilən dövrdə ərzaq məhsullarının qiymətləri 17,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.
Oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşıb. (Turan)