Banklar dolların alış və satış kurslarını artırdı

 

"Son aylar dolların alış kursu ilk dəfə 1.705-ə yüksəlib”.

 

 Sozcu.info xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının artırılmasını şərh edərkən deyib. Onun sözlərinə görə, artıq əksər banklar 100 dollara 170 manatdan çox vəsait ödəyirlər:

"ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi olsa da artırıblar. Digər tərəfdən, öncədən proqnozlaşdırdığımız kimi dekabrın əvvəlindən xarici valyutalara tələb yüksəlib. Dekabrda idxalın artması, bayramlar ilə bağlı xarici səfərlərin sayının çoxalması və ən əsası, özəl və dövlət müəssisələrinin builki xarici borc öhdəlikləri üçün son ayın olması dollara tələbi artıran amillərdəndir”.

Vüqar Bayramov qeyd edib ki, məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq: 

"Baş bank mövcud kursu qoruyub saxlamaq üçün hərrraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir. Qlobal valyuta bazarı isə FED-in qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi”.



Oxşar Xəbərlər

Xəbər lenti