8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dolların əsas valyutalar səbətinə qarşı məzənnəsi 8 aylıq maksimumu yeniləyib.
APA xəbər verir ki, buna səbəb ilin sonunadək Federal Ehtiyatlar Sistemi (FES) tərəfindən uçot dərəcəsinin qaldırılması ilə bağlı ehtimalların artmasıdır.
Dolların indeksi 0,1% möhkəmlənərək 98,718 səviyyəsinə çatıb ki, bu da cari ilin fevral ayının 3-də qeydə alınan 98,846-ya çox yaxındır.
Ötən cümə günü San-Fransisko Federal Ehtiyat Bankının prezidenti Con Uilyams deyib ki, bu il pul-kredit siyasətinin sərtləşdirilməsi baxımından münasib vaxtdır. Onun fikri ilə FES rəhbərinin müavini Stenli Fişer və Nyu-York Federal Ehtiyat Bankının prezidenti Uilyam Dadli də razılaşıb.
Bazar iştirakçıları arasında aparılan son sorğuya əsasən, dekabrda uçot dərəcəsinin artırılması ehtimalı 70%-ə yüksəlib.
Rəy sorğusuna əsasən, ABŞ prezidentliyinə namizəd Hillari Klintonun opponenti Donald Trampı xeyli üstələməsi də dolların bahalaşmasına səbəb olub.
Xatırladaq ki, prezident seçkiləri noyabrın 8-dədir.