8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu oyunda uduzan ancaq vətəndaş olur
Bankların manatın məzəznnəsi ilə bağlı oyunu davam edir. Fevralın əvvəllərində dolları kəskin ucuzlaşdırıb, əhalini panikaya salıb əllərindəki dolları və digər valyutaları satmağa vadar edən bankların bunun sayəsində hər gün 500-600 min dollar qazandığı ehtimal olunur. Bu eyni zamanda əhalinin hər gün 500-600 min dollar itirməsi deməkdir. Bu oyun bankların xeyrinə olsa da, vətəndaşın, yəni istehsalçı və sərmayəçi olcaq insanların əleyhinədir. Deməli bu oyun iqtisadiyyatın əleyhinədir. Ancaq belə görünür ki, bu vəziyyət hökuməti narahat etmir. Əks təqdirdə hökumət bu vəziyyətin qarşısını almaq istəmir.
Fevralın 20-sində də kommersiya banklarında dolların bahalaşdığı qeydə alınıb. «Marja» xəbər verir, ötən həftənin son iş günü 1 dolları 1.74 manatdan alıb 1.84 manatdan satan «Ata Bank» fevralın 20-si dəyişikliyə gedib. Səhər saatlarında bank 1 dolları 1.76 manata alıb, 1.86 manata satıb.
«AmrahBank»ın isə dolların alış qiymətini 1.76 manatdan 1.78 manata, satış qiymətini isə 1.82 manatdan 1.83 manata qaldırdığı qeyd edilir.Xəbərdə qeyd edilir ki, əksər kommersiya banklarında dolların alış qiymət yüksəldilib.Sonuncu hərracda dolların qiymət cüzi bahalaşıb. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, fevralın 20-də 1 dollar 1.7352 manata bərabər olub. Bazar günü isə "qara bazar” fəaliyyətini davam etdirib.
Fevralın 20-də Mərkəzi Bankda vəsaitlərin cəlbedilməsi üzrə növbəti depozit hərracı keçirilib. Fins.az xəbər verir ki, hərracda depozit tələbi 47,7 mln. manat olub. Bu isə Mərkəzi Bankın gözlədiyi rəqəmdən 3 dəfə azdır. Xatırladaq ki, bu dəfəki hərracda 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,87% təşkil edib.
Bütün bunlar ölkədə ciddi maliyyə böhranın olmasından xəbər versə də, Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Mərkəzi Bank prosesləri çox sakitliklə izləməyə üstünlük verirlər. Belə təəsürat yaranır ki, adı çəkilən qurumlar hazırkı vəziyyətin təhlükəli olmadığını güman edirlər. Əks halda onların prosesləri bu qədər sakitlik və arxeyinlikə izləməsi mümkün deyil.
Ekspertlər isə hesab edir ki, dolların süni ucuzlaşdırılması bir müddət sonra manatın kəskin dəyərdən düşməsinə səbəb ola bilər. Manatın idarə olunan məzənnə üzrə dollara olan həqiqi kursuun müəyyən edilməsi milli valyutanın kursunun stabilləşməsinə gətirib çıxara bilər. Hökumət və Mərkəzi Bank bu yolla getmək əvəzinə, bankların mənafeyinə, iqtisadiyyatın və əhalinin zərərinə addımlar atır. Məsələn fevralın 14-də valyuta hərracında təklif 35 mln dollar, tələb 37 mln dollar olsa da dolların məzənnəsi 1,7301-dən 1,7296 manata düşüb. Üzən məzənnə belə olmur. Bazar iqtisadiyyatında qiymətləri tələb-təklif arasında fərq müəyyən etsə də, bizdə tam əksinə proseslər gedir. Tələbin təklifdən 2 milyon dollar çox olduğu birjada dolların məzənnəsini 1,7301-dən 1,7296 manata düşməsi sadəcə oyun ola bilər. İqtisadçı ekspert Natiq Cəfərli bu vəziyyəti dar, şəxsi marağın nəticəsi adlandırçışdı. Ekspertə haqq qazandırmamaq mümkün deyil. Çünki, belə düşünən yalnız o deyil. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da hesab edirdi ki, manatın bahalaşması müvəqqəti xarakter daşıyır. "İqtisadi Təşəbbüslərə Yardım” İB İdarə Heyətinin üzvü Samir Əliyev də hesab edir ki, bankları aktiv spekulyasiya ilə məşğul olmaqda ittiham etmişdi.
İqtisaçıların böyük əksəriyyəti əmindir ki, süni surətdə yaradılmış panika makroiqtisadi sabitlik üçün heç də yaxşı gələcək vəd etmir. Banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alqı-satqısına girişiblər və bu fəaliyyət ilə gündə ən azı 600-900 min dollar qazanırlar. Bunun zərbəsi isə əhaliyə və sahibkarlara dəyir. Sonda isə iqtisadiyyat itirir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, xarici valyutaların alış və satış kursları arasında marja müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Valyutanın alış və satış kursları arasında 4 faizlik marja müəyyənləşdirilə bilər.
Əslində, uzun müddət bankların dollar satışından əldə etdiyi fərq 4 faizdən də az idi. Buna görə də belə marjanın müəyyənləşdirilməsi "qara bazar”ı stimullaşdırmayacaq”-Vüqar Bayramov belə hesab edir.
Hələlik isə bankların manatın məzənnəsi ilə bağlı oyunu davam edir. Yənə banklar qazanmaqda, əhali itirməkdə davam edir. Prosesin nə qədər davam edəcəyi məlum olmasa da bu vətəndaşın islahatlara inamını sarsıdır. İslahatlar üçün isə bu çox önəmlidir.
"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu