Bakı sakinləri ərzaq, içki və tütünə 7,5 milyard xərcləyiblər

Bakı sakinləri ərzaq, içki və tütünə 7,5 milyard xərcləyiblər

 

Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 2,9 faiz artaraq 16601,0 milyon manat olub.

 Bakı Statistika İdarəsi xəbər verir ki, ticarət şəbəkələrində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 7539,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz artaraq 9061,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 19,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 67,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Cari ilin yanvar-noyabr aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 40,1 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb.

Elektron şəbəkə vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 98,0 faizi hüquqi şəxslərdən, 2,0 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunub.




Oxşar Xəbərlər

Xəbər lenti