8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlakçılara 1,3 mlrd. manatlıq və ya 2016-cı ilin yanvar ayına nisbətən real ifadədə 0,8% çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,7% çox qeyri-ərzaq məhsulları satılıb.
Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,4%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebelin, 5,1%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu ilin yanvar ayında istehlak məhsullarının 12%-i hüquqi şəxs statuslu müəssisələr, 54,1%-i fərdi sahibkarlar tərəfindən, 33,9%-i isə bazar və yarmarkalarda satılıb.
Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 265,7 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 31,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 133,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.