İrandan neft həmləsi – SANKSİYALARA QARŞI ENDİRİM

İrandan neft həmləsi – SANKSİYALARA QARŞI ENDİRİM

 

Sozcu.info xəbər verir ki, ABŞ-ın noyabrın 5-dən etibarən qüvvəyə mindirməyi planlaşdırıdığı, İran neftini hədəfə alan sanksiyalarının yaxınlaşdığı bir dövrdə İran neft bazarındakı tələbləri və digər neft ixracatçılarının endirimlərini dəyərləndirərək, neft qiymətlərində endirim etdiyini bildirib.

İranın rəsmi İRNA agentliyinə müsahibə verən və adının açıqlanmasını istəməyən İran Neft Nazirliyi əməkdaşı ölkənin neft qiymətlərində endirim etdiyini söyləyib: "Müştərilərə endirimlər eləmək, bütün neft ixracatçılarının qlobal neft bazarındakı təməl qaydalarından biridir”.

ABŞ-ın sanksiyaları

Nazirlik işçisi hansı sahədə endirim edildiyi barəsində məlumat verməyib. Bundan əvvəl bəzi media orqanlarında avqust ayından etibarən İranın neft satışında 60-80 sent endirim edəcəyi ila bağlı iddialar ortaya atılmışdı. İran orta hesabla gündə 2 milyon 800 min barrel xam neft ixrac edir. Bu neftin yarısını Çin ilə Hindistan, 25 faizini Avropa ölkələri, qalan qismini də Cənubi Koreya ilə Yaponiya alır.

ABŞ-ın noyabrın 5-dən etibarən İran neftinə qarşı sanksiyalar tətbiq eləmək qərarından sonra Cənubi Koreya ilə Yaponiya İrandan neft idxalını təxirə salmışdı.



Oxşar Xəbərlər

Xəbər lenti