15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Sozcu.info xəbər verir ki, Oleq Tişçenko internetlə texaslı bir amerikalından F-16 qırıcı təyyarələri ilə əlaqəli kitab alıb.
Əsasən oyun assimilyasiyası üzərində araşdırma aparan rus gənc işinin böyük qismini internetlə həyata keçirib.
ABŞ-ın internet izləmə dairəsinə düşən Oleq Tişçenko uzun müddət təqib olunub. F-16 qırıcıları ilə bağlı 2011-ci ildə araşdırmalara başlayan Oleq son olaraq Gürcüstanda bir rəqs tədbirinə qatılıb. Burada həbs edilib, bir neçə gün nəzarətdə saxlanılıb. Daha sonra ABŞ-ın tələbi ilə Amerikaya ekstradisiya olunub.
Rusiya bu hadisəni yaxından izləyir və Oleq Tişçenkonun müdafiəsini təmin etmək üçün vəkil Aleksandr Aqranovskini təlimatlandırıb.
Oleq ABŞ-ın təhlükəsizliyini təhdid edən fəaliyyəti, beynəlxalq silah qaçaqmalçılığı, texnoloji bilgilər xarici ölkələrə satmaqda ittiham olunaraq haqqında 15 il həbs cəzası verilməsi istənilir.