8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğundan verilən məlumata görə, ölkəmizin də qatıldığı Xəzər Liman və Dənizçilik Forumu öz işini başa çatdırıb. Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən təşkil edilən forumda, Türk Dilli Ölkələrin Əməkdaşlıq Şurasına üzvü
ölkələr Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanla birgə bir sıra Avropa dövlətlərinin nümayəndələri iştirak edib. Forumda, Trans Xəzər Nəqliyyat dəhlizinin aktivləşdirilməsi, limanlar arasında iş birliyi, mövcud problemlərin aradan qaldırılması məsələləri müzakirə olunub. Tədbir çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri "Trans Xəzər Nəqliyyat dəhlizin məntiqi infrastrukturun inkişaf etdirilməsinin milli və beynəlxalq perspektivləri" olmuşdur. Forumda Türkiyə Respublikasını təmsil edən Samsun Liman Əməliyyat Müdiri Oğuz Tümişin moderatörlüq etdiyi iclasa, Türk Dilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibinin müavini Gısmat Gozalov da qatılmışdı. Gozalov Trans Xəzər nəqliyyat dəhlizinin daha da məhsuldar hala gətirilməsi məqsədi ilə Şuraya üzvü olan dövlətlərin Qardaş Limanlar toplantısının Aktauda keçirilməsini mühüm hadisə kimi qiymətləndirmişdi. Tədbirdə limanlar arasında iş birliyinin inkişaf etdirilməsini və Xəzər marşrutunun məhsuldar hala gətirilməsini, Çin-Avropa xəttində ortaq dəhlizin aktivləşdirilməsi əsas amillərdən biri kimi qiymətləndirilmişdi. Bunun üçün isə Limanlarda gömrük və keçid əməliyyatları sadələşdirilməli, tək pəncərə sisteminin tətbiq olunmalı, yeni bərə və parom gəmiləri alınmalı, gözləmə vaxtı azaldılmalı və liman keçidlerində tariflər cazibədar hala gətirilməlidir. Sonda Qardaş limanlar toplantısının növbəti forumunun gələn il Samsunda keçirilməsi barədə qərar qəbul edilmişdir. Bununla yanaşı 2020-də Türk Dilli Ölkələrin Əməkdaşlıq Şurasının nəqliyyat nazirləri toplantısının Macarıstanda keçiriləcəyini nəzərə alan tədbir iştirakçıları növbəti foruma həmin ölkənin liman nümayəndələrinin də dəvət olunacağı bildirilib.
A.Məmmədli,
Sozcu.info