7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyadan satın alınmış S-400 hava hücumundan müdafiə zenit raket komplekslərindən istifadə eləməyi planlaşdırdıqlarını bildirib.
Nazirin sözlərinə görə, hazırda Türkiyə hərbçiləri S-400 sistemlərinin istifadəsi ilə bağlı təlim keçirlər. Bunun ardından isə S-400 sistemlərinin tətbiq edilməsi ilə bağlı planlaşdırılmış tədbirlər həyata keçiriləcəkdir.
Türkiyə prezidenti R.T.Ərdoğan öz çıxışlarında bəyan eləmişdi ki, S-400 kompleksləri 2020-ci ilin aprelində tam şəkildə işə salınacaqdır.
ABŞ Türkiyəni sövdələşmədən imtina eləməyə və əvəzinə Amerikanın Patriot sistemlərini almağa çağırmışdı. Vaşinqtonun təhdidinə görə, əks halda Türkiyəyə son nəsil F-35 qırıcılarının satışı dayandırılacaq və sanksiyalar tətbiq olunacaq. Türkiyə isə bu təhdidləri rədd cavabı ilə qarşılayıb.