17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
"Sabahdan etibarən "S-400” havadan müdafiə sisteminin ikinci batereyaları və avadanlıqlarının Türkiyəyə gətirilməsinə başlanacaq”.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu barədə açıqlamasında bildirib. Nazir Rusiyadan Türkiyəyə "S-400” tədarükünün iyulun 12-də başlandığını xatırladıb.
H. Akar onu da vurğulayıb ki, Türkiyənin Suriyada təhlükəsiz zona ilə əlaqədar tələbləri qəbul edilmədiyi halda Türkiyə "B” və "C” planlarından istifadə edəcək.