“Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək” –Nazir müavini

“Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək”

 

"Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə işlərin 2/3-si başa çatıb”.Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib."Əvvəlki görüşlərdə irəliləyiş əldə edə bilməmişik. Bildiyiniz kimi, fikir ayrılıqları var. Ancaq artıq işin 2/3 hissəsini başa çatdırmışıq. Bu məqsədlə mütəxəssislərimizin ilin sonuna qədər Tbilisidə görüşməsi barədə razılaşmışıq. Komissiyanın növbəti iclası isə gələn ilin birinci rübündə keçirilməlidir”, – o deyib. (report)

 



Oxşar Xəbərlər

Xəbər lenti