“Azərbaycan ordusunun silah və texnika parkı 80% yenilənib” –Hərbi ekspert

“Azərbaycan ordusunun silah və texnika parkı 80% yenilənib”

 

"Azərbaycan Ordusu silahlanma siyasətini diversifikasiya edilmiş şəkildə aparır. Həm Rusiya və keçmiş SSRİ-nin əsas silah istehsalçıları olan Ukrayna və Belarusdan, həm Mərkəzi və Cənub Şərqi Avropa dövlətlərindən, həm də İsrail, Türkiyə və Pakistan kimi inkişaf etmiş müdafiə sənayesinə malik ölkələrdən silah sistemləri, müdafiə təyinatlı avadanlıq əldə edilir”.

Bunu hərbi ekspert Rəşad Süleymanov deyib.

O qeyd edib ki, son 15 ildə təkcə İsrail və Rusiyadan üst-üstə 8 milyard ABŞ dolları məbləğindən çox silahlar alınıb. R.Süleymanov vurğulayıb ki, bura hava hücumundan müdafiə kompleksləri, artilleriya sistemləri, aviasiya vasitələri, zirehli maşınlar (tanklar, PDM və ZTR-lər, mühəndis texnikası), gəmilər, C4ISR sistemləri və s. daxildir: "Satınalmalarda son illər əsas yeri Rusiya tutub. Ötən 4 il ərzində Çexiya, İspaniya, Bolqarıstan, Slovakiya, İtaliya, Fransa və bir sıra Avropa dövlətləri Azərbaycana tətbiq edilən silah satışı embarqolarını ya tamamilə aradan qaldırıb, ya da yumşaldaraq müəyyən məhsulların satışını həyata keçiriblər. Hazırda adıçəkilən dövlətlərin hərbi sənaye kompleksinə daxil olan şirkətlərlə imzalanmış müqavilələrin icrası davam edir”. (report)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}