Tiflisdə baş nazirin istefası tələbi


Müxalifət təklif edib ki, yeni hökumətdə indi fəaliyyət göstərən siyasətçilər təmsil olunmasın

İyunun 20-dən Tiflisidə parlament binası qarşısında Gürcüstanın Avropa kursuna dəstək üçün misli görünməmiş irimiqyaslı aksiyalar(Xalq hərakatı adlanan) başlayıb. Mitinqə toplaşan minlərlə insanın məqsədi gürcü xalqının Avropaya, Avropa dəyərlərinə sədaqətini nümayiş etdirmək olub. Amma Avropa İttifaqı Şurası Gürcüstanın müəyyən edilmiş prioritetlər yerinə yetirilən kimi ona namizəd statusu veriləcəyi şərti qoyub. Söhbət Avropa Komissiyasının Gürcüstanın müraciətinə dair rəyində əvvəllər qeyd etdiyi 12 şərtdən gedir.

Avropa İttifaqı Şurası bu şərtlər yerinə yetirməyənə qədər Gürcüstana Aİ-yə namizəd statusunun verilməməsini qərara alıb. Hökumət başçısı İrakli Qaribaşvili qərarı uğur adlandırsa da, müxalifətdən sərt təpkilər var.

“Xəcalət”(“Utanc”) gənclər təşkilatının öncüllük etdiyi aksiyalarda hökumətin bir həftə ərzində istefaya getməsi və ölkədə yeni texnokratik Nazirlər Kabinetinin yaradılması tələbini irəli sürüblər. Əks halda, iqtidarı müddətsiz etiraz aksiyalarına başlayacaqları ilə hədələyiblər.

08640000-0a00-0242-5dfe-08d9fd1761b7_cx0_cy2_cw0_w408_r1_s.png (124 KB)

“Lelo Gürcüstan naminə” partiyası da hökumətin istefası tələbini haqlı hesab edir. Partiya hökumətin istefası ilə bağlı qəbul olunmuş yekdil sənədin tələblərini dəstəkləyib. Xüsusən də partiyadan deyil, peşəkarlardan ibarət milli barış hökumətinin yaradılmasına tərəfdardırlar. “Bu, Gürcüstanın siyasi birliyinin nümayişi, Avropa İttifaqının oliqarxların hakimiyyətdə uzaqlaşdırılması  və cəmiyyətin iradəsini əks etdirən hakimiyyətin formalaşdırılması  tələbinə birbaşa cavabdır” deyə, partiyanın lideri Badri Caparidze bildirib. Ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” ın lideri Nika Meliada yeni hökumətin formalaşdırılmasını istəyir. Eyni zamanda, partiya sədri təklif edib ki, yeni hökumətdə indi fəaliyyət göstərən siyasətçilər təmsil olunmasın. "Milli barışıq hökumətində fəal siyasətçilər və vətəndaş cəmiyyətinin nümayəndələri olmamalıdır. Yeni hökumətin üzvləri müəyyən bir sahədə tanınmış, beynəlxalq səviyyədə tanınan və yüksək ictimai reputasiyaya malik şəxslər olmalıdır" deyə, Melia əlavə edib.

Amma müxalifətdə heç də hamı aksiyaların bu tələbinin həyata keçirilə biləcəyinə inanmır. “Yeni Siyasi Mərkəz – Girçi” partiyasının lideri İaqo Xviçianın fikrincə, aksiyanın yeni hökumət formalaşdırmaq tələbi ciddi deyil: “Birincisi, İrakli Qaribaşvilinin istefasını, evə getməsini tələbdi. Müxalifət təklif edib ki, yeni hökumətdə indi fəaliyyət göstərən siyasətçilər təmsil olunmasın

İyunun 20-dən Tiflisidə parlament binası qarşısında Gürcüstanın Avropa kursuna dəstək üçün misli görünməmiş irimiqyaslı aksiyalar(Xalq hərakatı adlanan) başlayıb. Mitinqə toplaşan minlərlə insanın məqsədi gürcü xalqının Avropaya, Avropa dəyərlərinə sədaqətini nümayiş etdirmək olub. Amma Avropa İttifaqı Şurası Gürcüstanın müəyyən edilmiş prioritetlər yerinə yetirilən kimi ona namizəd statusu veriləcəyi şərti qoyub. Söhbət Avropa Komissiyasının Gürcüstanın müraciətinə dair rəyində əvvəllər qeyd etdiyi 12 şərtdən gedir.

Avropa İttifaqı Şurası bu şərtlər yerinə yetirməyənə qədər Gürcüstana Aİ-yə namizəd statusunun verilməməsini qərara alıb. Hökumət başçısı İrakli Qaribaşvili qərarı uğur adlandırsa da, müxalifətdən sərt təpkilər var.

“Xəcalət”(“Utanc”) gənclər təşkilatının öncüllük etdiyi aksiyalarda hökumətin bir həftə ərzində istefaya getməsi və ölkədə yeni texnokratik Nazirlər Kabinetinin yaradılması tələbini irəli sürüblər. Əks halda, iqtidarı müddətsiz etiraz aksiyalarına başlayacaqları ilə hədələyiblər.

08640000-0a00-0242-5dfe-08d9fd1761b7_cx0_cy2_cw0_w408_r1_s.png (124 KB)

“Lelo Gürcüstan naminə” partiyası da hökumətin istefası tələbini haqlı hesab edir. Partiya hökumətin istefası ilə bağlı qəbul olunmuş yekdil sənədin tələblərini dəstəkləyib. Xüsusən də partiyadan deyil, peşəkarlardan ibarət milli barış hökumətinin yaradılmasına tərəfdardırlar. “Bu, Gürcüstanın siyasi birliyinin nümayişi, Avropa İttifaqının oliqarxların hakimiyyətdə uzaqlaşdırılması  və cəmiyyətin iradəsini əks etdirən hakimiyyətin formalaşdırılması  tələbinə birbaşa cavabdır” deyə, partiyanın lideri Badri Caparidze bildirib. Ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” ın lideri Nika Meliada yeni hökumətin formalaşdırılmasını istəyir. Eyni zamanda, partiya sədri təklif edib ki, yeni hökumətdə indi fəaliyyət göstərən siyasətçilər təmsil olunmasın. "Milli barışıq hökumətində fəal siyasətçilər və vətəndaş cəmiyyətinin nümayəndələri olmamalıdır. Yeni hökumətin üzvləri müəyyən bir sahədə tanınmış, beynəlxalq səviyyədə tanınan və yüksək ictimai reputasiyaya malik şəxslər olmalıdır" deyə, Melia əlavə edib.

Amma müxalifətdə heç də hamı aksiyaların bu tələbinin həyata keçirilə biləcəyinə inanmır. “Yeni Siyasi Mərkəz – Girçi” partiyasının lideri İaqo Xviçianın fikrincə, aksiyanın yeni hökumət formalaşdırmaq tələbi ciddi deyil: “Birincisi, İrakli Qaribaşvilinin istefasını, evə getməsini tələb etmək ciddi deyil. Xalq Hərəkatının kimin adından fəaliyyət göstərdiyi, vəzifələrə kimin seçəcəyi məlum deyil”.

1472136_756615297698831_342739428_n.jpg (109 KB)

Qeyd edək ki, hökumətin işləyə bilməsi üçün Gürcüstan parlamentinin etimadını almalıdır. Bu gün Gürcüstan parlamentində isə hakim qüvvə “Gürcü Arzusu” çoxluğa malikdir.

“Sputnik-Gürcüstan”xəbər verir ki, Qaribaşvili istefa versə belə, onun hökuməti parlament yeni nazirlər kabinetinə etimad bildirənə qədər öz səlahiyyətlərini icra edəcək. Bundan əlavə, Gürcüstan Konstitusiyasında açıq şəkildə göstərilir ki, Gürcüstanın baş naziri vəzifəsinə namizəd parlament seçkilərində ən yaxşı nəticə göstərən partiya tərəfindən təmsil olunur. 2020-ci il seçkilərinin nəticələrinə görə, bu, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasıdır




Oxşar Xəbərlər

Xəbər lenti