Azərbaycanda növbədənkənar parlament seçkiləri TƏLƏBİ

Azərbaycanda növbədənkənar parlament seçkiləri TƏLƏBİ

 

Taliyət Əliyev: "Azərbaycan siyasi fəaliyyət müstəvisi məhv olmaq dərəcəsindədir”

İqbal Ağazadə: "Azərbaycan müxalifəti arzulayır ki, parlament seçkiləri təkrar, yenidən keçirilsin”

2016-cı il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər edilərkən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması aktullaşsa da, bu məsələ həllini tapmadı.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 98-ci maddəsinə görə Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu, Daxili Nizamnamənin 26-cı maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyasının 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddədə göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə ölkə Prezidenti Milli Məclisi buraxır.

Əslində, Milli Məclisin buraxılmasını bəzi ekspertlər həm də ona görə düzgün hesab edir ki, 2020-ci ildə parlament seçkiləri keçirilərsə, növbəti parlament seçkiləri 2025-ci ildə prezident seçkiləri ilə eyni vaxta düşəcək ki, bir ildə iki mühüm seçkinin keçirilməsi isə ölkə üçün çətin ola bilər. Eyni zamanda Milli Məclis üzvlərinin sayının 125-dən 119-a düşməsi, yəni 6 deputat yerinin boş qalması da növbədənkənar seçkilərin keçirilməsi üçün bir əsasdır. Çünki Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Üstəlik də Milli Məclisin üzvlərinin əksəriyyətinin xalqı deyil, özlərini düşünməsi Milli Məclisin buraxılmasını məqbul edir. Hansı ki, dəfələrlə bəzi deputatlar özlərinin maaşılarının azlığından gileyləniblər, ancaq əhalinin sosial problemlərindən danışmaq lazım gələndə susurlar.

Lakin, göründüyü kimi, hökumətə köhnə Milli Məclis üzvləri ilə işləmək rahat olduğu üçün növbədənkənar seçkilərin keçirilməsi gündəmə gətirilmir. Əslində, növbədənkənar parlament seçkilərinin keçirilməməsində müxalifətin passivliyi də mühüm rol oynayır. Müxalifətin mübarizə əzminin qırılması öz sözünü deyir. Düşünəndə ki, Gürcüstan da Cənubi Qafqaz ölkəsidir, amma orada müxalifət necə fəaldır, onda adam öz ölkəsinə baxıb, təəssüf edir. Gürcüstan müxalifəti prezident seçkilərində yüksək səsi faizi ilə məğlub olsa da, hazırda mövcud iqtidardan növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etməkdir...

"Ədalətli və demokratik seçkilər olmayacaqsa, bunun Azərbaycan dövlətçiliyi üçün heç bir prinsipial əhəmiyyəti yoxdur”

Bəs Azərbaycan müxalifətinin indiki vəziyyətdə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etməməsi nə ilə bağlıdır?

Похожее изображение

Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev "Hürriyyət”ə dedi ki, ölkədə bu vaxta qədərki kimi parlament seçkiləri keçiriləcəksə, bunun bu gün və yaxud sabah keçirilməsinin elə bir prinsipial əhəmiyyəti yoxdur: "Bilirsiniz ki, növbəti parlament seçkiləri 2020-ci ildə keçirilməlidir. Əgər Azərbaycan hakimiyyəti özündə siyasi bir iradə tapıb, ölkədə normal, ədalətli və demokratik qaydada seçkilərin keçirilməsində maraqlı olsa, parlament seçkiləri keçirilsin. Əlbəttə, belə bir seçkiyə həmişə zərurət var. Əgər ədalətli və demokratik seçkilər olmayacaqsa, bu, ancaq hakimiyyətin marağına cavab verən bir şəkildə keçirilcəksə, bunun cəmiyyət və Azərbaycan dövlətçiliyi üçün heç bir prinsipial əhəmiyyəti yoxdur”.

"Müxalifəti suçlamaq düzgün deyil”

T.Əliyev qeyd etdi ki, bu gün Azərbaycanla Gürcüstanı müqayisə etmək çətin məsələdir:"Çünki Gürcüstan faktiki olaraq Cənubi Qafqaz respublikaları arasında ən çox demokratik dəyərlərin bərqərar olduğu ölkədir. Düzdür, orada da ideal bir cəmiyyət deyil, amma nisbi götürəndə Cənubi Qafqaz ölkələri arasında demokratik islahatların həyata keçirildiyi və demokratiyanın işlədiyi yeganə dövlətdir. Çünki Saakaşvili dönəmində Gürcüstanda çox ciddi siyasi, iqtisadi və digər islahatlar həyata keçirildi və demokratiya sahəsində demək olar Gürcüstan bir çox məsafəni qət edib. Bilirsiniz ki, Gürcüstanın artıq Avropa Birliyi, Avropa Şurası ilə çox sıx əlaqələri mövcuddur və Avropaya ciddi inteqrasiya edib. Artıq Gürcüstan Avropa ölkələri ilə vizasız gediş-gəlişə nail olub. Hazırda isə NATO ilə əməkdaşlıqla bağlı çiddi proseslər gedir və güman olunur ki, proseslər belə getsə və buna Rusiya imkan versə, Gürcüstan NATO ölkəsi də ola bilər. Görünən odur ki, Qərbi Avropa bu məsələdə israrlıdır ki, Cənubi Qafqazda Gürcüstan daha demokratik bir ölkə olsun. Biz bunu hiss edirik. Amma Azərbyacan haqqında isə bunu demək mümkün deyil. Məsələn, Cənubu Qafqaz ölkələri Avropanın Şərq Tərəfdaşlıq Proqramına daxildir. Amma Azərbaycanda bu proqram işləmir. Çünki Azərbyacan hökuməti beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə maraqlı görsənmir və bunu özü üçün böyük bir yük hesab edir. Gürcüstan isə bu öhdəlikləri yerinə yetirir və bu istiqamətdə xeyli məsafə qət edib. Yəni Gürcüstanda demokratiya prosedurları işlədiyinə görə, xalq orada həmin demokratik prosedurlardan istifadə edə bilir. Amma Azərbaycand fərqli bir stiuasiydadır. Yəni orada prezident seçkilərindən narazı olan xalq kütlələri özlərinin sərbəst toplaşmaq hüququndan isitfadə edərək küçələrə axışıb, öz tələblərini irəli sürürülər və ölkədə növbədəkənar parlament seçkilərinin azad və ədalətli, demokratik qaydada keçirilməsində israrlı görünürlər. Azərbaycan cəmiyyətində uzunmüddətdir seçkilərin saxtalaşdırılması, siyasi hüquqların müstəvisinin daralması ölkədə apolitik bir durum yaradıb. İnsanlar sanki öz talelərinə biganədir. Yəni burada təkcə müxalifətdən söhbət getmir, ümumilikdə xaldan söhbət gedir. Çünki müxalfətin də predmeti xalqdır. Əgər xalq bu gün siyasi baxımdan passivdirsə və aploitik bir durumdadırdsa, burada müxalifəti suçlamaq o qədər də düzgün deyil.

Bu gün Azərbaycan müxlifəti növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı bir aksiya təşkil etsə, ora 10-15 mindən yuxarı insan gəlməyəcək. Belə bir vəziyyətdə növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə aksiyaların, mitinqlərin təşkil olunması da inandırıcı görünmür. Amma bu, o demək deyil ki, Azərbaycan cəmiyyəti və yaxud müxalifəti Azərbaycan parlamentindən razıdır. Bu, qeyd etdiyim o səbəblərlə bağlıdır”.

"Azərbaycan müxalifətinin mitinq keçircəyi yer yalnız "Qələbə” kinoteatrının arxasındakı "Məhsul” stadionudur”

"Gürcüstan demokratiyası bu prezident seçkilərində ciddi zərbə aldı. Bununla belə, müxalifət növbədənkənar parlament seçkilərinin keçirilməsi uğurunda mübarizə aparır. Azərbaycan müxalifətində isə bir passivlik var” dedikdə isə T. Əliyev belə cavab verdi: "Mən sizinlə razıyam. Bəli, Gürcüstanda keçirilən bu seçkləri həm beynəlxlaq ictimaiyyət, həm də Gürcüstan prezidenti çox pis bir seçki kimi dəyərləndirib. Əldə olunan məlumatlardan da görünür ki, seçkilərdə saxtakarlıqlar olub. Amma onsuz da dünyanın heç bir yerində ideal seçkidən söhbət gedə bilməz. Hətta demokratiyanın beşiyi sayılan Amerikada da Trampın seçkilərində gördünüz ki, hər hansı müdaxilələr olmuşdu. Söhbət odur ki, o seçki saxtakarlığı baş veribsə, seçki saxtakarlığının ortadan qaldırılması istiqamətində etiraz ortada olanda o problemlər ortadan qalxsın. Bu vaxta qədər Azərbaycanda bütün seçkilərlə bağlı küçə hərakatları, mitinqlər təşkil olunur. Məsələn, 2010-cu il parlament seçkilərindən sonra İctimai Palata yaradıldı. Bu İctimai Palata parlamentə alternativ bir qurum kimi yaradılmışdı. Onların tələbi bu idi ki, ölkədə növbədənkənar parlament seçkiləri keçirilsin və bu proses 2012-ci ilə kimi davam etdi. Lakin ölkədə ona nail olmaq mümkün olmadı. Çünki müxalifət cəmiyyətdən dəstək ala bilmədi ki, o prosesi irəli apara bilsin. Niyə görə apara bilmədi, qeyd etdim. Yəni Azərbyacanda siyasi fəaliyyət müstəvisi çox daralıb. Bu məsələdə Gürcüstanla Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün Gürcüstanda müxalifət bütün Tbilisi küçələrində mitinq keçirirlər. Amma Azərbaycanda bunu etmək mümkündürmü? Əlbəttə, mümkün deyil. Çünki çox ciddi siyasi, iqtisadi sanskiyalar var. Hər hansı bir müxalifət partiyası hakimiyyət orqanı ilə razılaşdırılmamış qaydada küçəyə 50 nəfər adam çıxarsa, aksiyanın təşkilatçıları 30 minə qədər cərimə olunacaq. İştirakçılardan 10 nəfər tutub aparsalar, 10 min də pul alacaqlar. Bu iqtisadi sanskiyalar da Azərbyacanda müxalifəti bu tipli aksiyalar keçriməkdən çəkindirir. Yəni zaman-zaman ölkədə siyasi hüquqların məhdudlaşdırılması istiqamətində həm siyasi, həm də hüquqi müstəvidə çox ciddi mürtəce addımlar atılıb və demək olar ki, bütün hüquqlar məhdudlaşdırılıb. Azərbaycan müxalifətinin mitinq keçircəyi yer yalnız "Qələbə” kinoteatrının arxasındakı "Məhsul” stadionudur. Orada da müxalifət özü deyir, özü eşidir, özündən başqa heç kim eşitmir. Yəni Gürcüstanla müqayisədə stiuasiya tamamilə fərqlidir.

Düzdür, bu seçkilərdə Gürcüstanda nöqsanlar olsa da, ümumilikdə Azərbaycanla Gürcüstanı bu məsələdə eyniləşdirmək mümkün deyil, orada vətəndaş cəmiyyətlərinin üzvlərinə, siyasi partiyaların fəaliyyətinə Azərbaycandakı kimi ciddi basqılar yoxdur. Hətta İvanişvilinin dövründə müəyyən basqılar olsa da, amma orada demokratik institutlar bu gün tam azad şəkildə fəaliyyət göstərə bilir və bunun nəticəsidir ki, bütün Qərb institutları hamısı Gürcüstanda yerləşir. Gördünüz ki, 2-3 həftə öncə, Norveç Azərbaycanda səfirliyini bağladı, getdi Gürcüstanda açdı. Ona görə ki, Cənubi Qafqada az-çox demokratiya "adacığı” Gürcüstan sayılır. Bunu bütün dünya da, biz də bilirk. Bu baxımdan, orada o sahədə çox iş görmək mümkündür. Çünki istər mitinqlərin keçirilməsi, etirazların təşkil olunması və insanların bu proseslərə cəlb olunması ilə bağlı qadağa yoxdur. Amma Azərbaycanda isə bu mümkün deyil . Demək olar ki, Azərbaycan siyasi fəaliyyət müstəvisi məhv olmaq dərəcəsindədir. Belə bir vəziyyətdə o tipli aksiyaların keçiriməsi və müxalifətdən bunu tələb etmək bir az ədalətsizlik olar”.

"Müxalifət çox istərdi ki, növbədənkənar seçki olsun”

Картинки по запросу İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazədə isə dedi ki, növbdənkənar parlament seçkilərinin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına referendumla edilən dəyişikliklərdən sonra aktualdır: "Parlament seçkiləri keçirilməlidirmi, keçirilməməlidirmi? 2015-ci parlament seçkilərindən sonra bu sual müxalif cameəni daha çox düşündürən məsələlərdən biridir. Ona görə ki, Azərbaycan parlamentinin rəngi Azərbaycan cəmiyyətini, onun spektrini, palitrasını əhatə etmir. Azərbaycan müxalifəti parlamentdə ən azı fraksiya, qrupu şəkilində birləşib, müxalif bir kəsimin olmasını istəyir. Ona görə də hər zaman Azərbaycan müxalifəti arzulayır ki, parlament seçkiləri təkrar, yenidən keçirilsin.

Digər tərəfdən biz çox arzulayırıq ki, diskussiyalar, polemikalar, mübarizələr daha çox seçilmiş adamlar arasında və qanunverici orqanda getsin. Onun cəmiyyətə yeni bir əhval-ruhiyyə, ab-hava gətircəyinin fərqindəyirk. Biz hesab edirik ki, sərt mübarizə üsullarından daha sivil mübarizə usullarına keçidin əsas şərtlərindən biri parlamentdə müxalifətin 51 sayda təmsilçiyinin olmasıdır. O olacaqsa, təbii ki, müzakirələr, mübahisələr, büdcə müzakirləri, qanunvericilik, qanuni orqana münasibət, o cümlədən ictimai-siyas vəziyyətlərə münasibət artıq aqressiv şəkildə hər kəsin öz sahəsində yox, hər kəsin öz olduğu yerdə yox, hamının olduğu qanunverici orqanda müzakirə olunacaq, tələb və təkiflər veriləcək. Müzakirələr açıldıqca da insanlar münasibətlərini yeni sahədə daha yaxşı göstərə biləcək. Ona görə, müxalifət çox istərdi ki, növbədənkənar seçki olsun”.

"Müxalifət uzunmüddət növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etdi, amma gücü olmadı”

"Deyirsiniz ki, Azərbaycan parlamentinin rəngi Azərbaycan cəmiyyətini, onun spektrini, palitrasını əhatə etmir. Bəs, niyə Azərbyacan müxalifəti qonşu Gürcüstanda müxalifətin növbədəkənar parlament seçkilərinin keçirilməsini gündəmə gətirdiyi kimi, növbədəkənar parlament seçkilərinin keçirilməsini gündəmə gətirmir” sualına İ. Ağazadə belə cavab verdi:"Bu da məsələlərdən biridir. Amma Azərbaycan müxalifəti indiyə qədər tələb etdiyi məsələlərdə təəssüf ki, heç bir nəticə əldə etməyib. Azərbaycan Gürcüstan kimi demokratik və yaxud demokratiyaya yaxın bir cəmiyyət deyil ki, müxalifət nəyisə tələb etsin, məsələlərin hamısını reallaşdıra bilsin. Bir nəticəsizlik sindromu Azərbaycan müxalifətində bəzən bu tipli addımlardan çəkindirir. 2010-cu il parlament seçkilərindən sonra müxalifət uzunmüddət növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etdi, amma gücü olmadı. Təbii ki, bu nəticəsizlik gözləntiləri sıfırın altına atdı. Ona görə də müxlaifətin nəticə əldə etməsi çətindir. Hesab edirəm ki, müxalifət bu səbəbdən tələb etmir. Amma müxalifət fərqli üsullar, mövqelər qoyur. Hər zaman parlamentin cəmiyyətin, xalqın ümumi rəyini ifadə etdmədiyi deyilir və bunu üçün də fərqli yerlərdən məsələlərə münasibət bəsləyirik. Hökmən deyil ki, bir məsələni olduğu kimi deyəsən və onun üzərinə odaqlanasan. Müxalifət fərqli yerlərdən yanaşır. Nəyə nail ola biləcik, o da təbbi ki, cəmiyyətin verə biləcəyi dəstəkdən, gücdən və ümumi ab-havadan asılıdır”.

"Fərqli yerlədən yanaşmaqla növbədənkənar parlament seçkilərinin keçirlməsinə nail olmaq mümkündürmü” sualını isə İ. Ağazadə belə cavablandırdı: "Hər halda uzunmüddət müxalift təcrübədə bundan istifadə edib. İndi fərqli yerdən yanaşma, yəni qanaunvericilik bazasının daha yumşaq olması, demokratik, azad seçki keçirilməsi üçün mühitin fromaldırılması və s. kimi məsələləri müxalifət bu gün daha çox tələb edir”.



Oxşar Xəbərlər

Xəbər lenti