Paşinyan sülh müqaviləsi imzalamağa hazırlaşır: amma Moskvaya baxaraq


Paşinyan "sülh müqaviləsi"nin imzalanması üçün hüquqi əsas tapmağa çalışan "işçi qrup" yaradıb.

Ermənistanın "Past" qəzetinin yazdığına görə, hazırkı mərhələdə mümkün deyilən "sülh müqaviləsi" ən çox müzakirə olunan mövzulardan İrəvanda ən çox müzakirə olunan mövzulardan biridir.

Bu kontekstdə vurğulanır ki, İrəvandakı hakimiyyət faktiki olaraq qarabağlı ermənilərdən qurtulmağa çalışır. Bunu istər Nikol Paşinyan, istərsə də onun komandası gizlətmir.

"Tam əksinə, onlar son vaxtlar sürəkli vurğulayırlar ki, Qarabağ hələ Ermənistanın əvvəlki hakimiyyətləri dönəmində Azərbaycanın tərkib hissəsi kimi tanınıb. 1991-ci ildə Alma-Ata bəyannaməsi imzalananda, Ermənistan MDB tərkibinə qatılanda biz Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanımışıq. Halbuki bu arqumentin tamamilə mənasız və əsassız olduğunu çox mütəxəssislər dəfələrlə vurğulayıblar", - "Past" yazıb.

"Past" iddia edir ki, Qarabağın Azərbaycana "təhvil verilməsi"ni nəzərdə tutan hər hansı sənədi Ermənistanın indiki hakimiyyətinin imzalanması Ermənistanın Müstəqillik Bəyannaməsinə ziddir: "Çünki qarabağlı ermənilərin öz müqəddəratlarını təyin etmək hüququ 1990-cı ildə Ermənistanın Ali Soveti tərəfindən ratifikasiya edilmişdi. İş ondadır ki, Müstəqillik Bəyannaməsi dövlətin təsisedici sənədidir və Ermənistan Konstitusiyasının əsasını təşkil edib. Təsadüfi deyil ki, Ermənistan Konstitusiyası məhz Müstəqillik Bəyannaməsinə istinadla başlayır".

 

"Past" vurğulayır ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda yekun sülh müqaviləsinin hüquqi tərəfləri üzərində işləyən "işçi qrup" yaradıb. Paşinyan hakimiyəti sənədi imzalamaq üçün Ermənistan qanunvericiliyində əsaslar arayır.

Komissiyaya daxil edilmiş bir neçə hüquqşünas artıq işə başlayıb.

Praqada qəbul edilmiş sazişə əsasən, Ermənistan və Azərbaycan MDB-nin yaradılması haqqında 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Ərazi bütövlüyünün qarşılıqlı tanınması Azərbaycanın Ermənistana münasibətdə irəli sürdüyü beş əsas tələbdən biri idi. İki ölkə arasında bağlanmış sülh müqaviləsinin "Vaşinqton variantı" da bu prinsiplərə söykənir və orada keçmiş Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkib hissəsi olduğu bildirilir.

Azərbaycanla Ermənistan arasında bağlanmış sülh müqaviləsinin keçmiş Dağlıq Qarabağ regionunun statusunun müəyyənləşdirilməsini təxirə salmağı nəzərdə tutan "Rusiya variantı" da var. Yəni bu versiya regionun Azərbaycanın tərkib hissəsi olduğunu birmənalı təsdiq etmir. Bu variant oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli danışıqlarda müzakirə olunub. Mövcud məlumata görə, Azərbaycan tərəfi bunu rədd edib.

Soçi görüşündən bir neçə gün sonra Vaşinqton yenidən təşəbbüs göstərdi və dövlət katibi Entoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini ABŞ-a dəvət etdi. Nazirlərin Vaşinqtonda keçirilən görüşünün konstruktiv şəkildə keçdiyi bildirilir.

Ötən cümə günü axşam Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirmişdi ki, Vaşinqtonda keçirilən görüşdə Ermənistan nümayəndə heyəti sülh sazişinin mətninə öz əlavələrini təklif edib. Bu əlavələrin nə olduğunu dəqiqləşdirməyib. Eyni zamanda, aparıcının "Rusiya variantı"nın hələ də nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı sualına Paşinyan cavab verib ki, Rusiya ilk növbədə öz mövqeyini aydınlaşdırmalıdır.

"Biz dedik ki, bu, bizim üçün məqbuldur", - Nikol Paşinyan müsahibəsində deyib. "Bizim üçün cavab aydındır, lakin Rusiya Federasiyası Prezidentinin bəyanatından sonra bu mövzu ictimailəşdi, ona görə də mən sizin sualınızı Rusiya tərəfinə çatdıracağam və qoy Moskva buna açıq cavab versin".

Oktyabrda Ermənistanın baş naziri bildirib ki, hələ sentyabrın əvvəlində İrəvan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün Rusiyanın təklif etdiyi əsas prinsiplər və meyarlar əsasında işləməyə razılaşıb. Paşinyan əmin edib ki, Ermənistan Soçidə bunu təsdiqləməyə hazırdır, eyni zamanda Rusiyanın öz təkliflərini müdafiə edəcəyinə ümid edir.

Soçi görüşü başa çatdıqdan sonra Paşinyan bəyan edib ki, Azərbaycan tərəfi birgə bəyanatın əvvəllər hazırlanmış mətnindən iki bəndin çıxarılmasını tələb edib. Ehtimal ki, söhbət "Qarabağ" və "status" sözlərindən ibarət abzaslardan gedir. Başqa sözlə, Azərbaycan Qarabağ münaqişəsini həll olunmuş hesab edir və sülh sazişində bu məsələnin birmənalı şərh olunmamasını istisna edir ki, bu da "Rusiya variantından" imtina deməkdir. Paşinyanın açıqlamalarına əsaslanaraq belə qənaətə gəlmək olar ki, Ermənistanın mövqeyi belədir: İrəvan "rus variantı"ndan razıdır; lakin Moskva Azərbaycanı bunu qəbul etməyə məcbur edə bilməsə, Ermənistan vaxt itirməmək üçün "Vaşinqton variantını" imzalamağa hazırdır.

milli.az



Oxşar Xəbərlər

Xəbər lenti