Rusiyada ticarət mərkəzi boşaldıldı

 

Rusiyada Tatarıstanın paytaxtı Kazan şəhərində ticarət mərkəzi təxliyə olunub.

Trend xəbər verir ki, buna ticarət mərkəzinə boma qoyulması barədə anonim zəng səbəb olub.

Məlumata görə, anonim zəng yerli polis idarəsinə daxil olub. Zəngdən dərhal sonra binadan 600-ə yaxın şəxs çıxarılıb.

Hazırda ticarət mərkəzinin ətrafı nəzarətə götürülüb, polis binada axtarışları davam etdirir.

Qeyd edək ki, Rusiyada anonim zənglərlə əlaqədar belə olaylar son vaxtlar tez-tez təkrarlanır. Amma xoşbəxtlikdən onların əksəriyyəti öz təsdiqini tapmır.



Oxşar Xəbərlər

Xəbər lenti