Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma həbs edilməyib

Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma həbs edilməyibBeynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin saxlanması barədə bəzi KİV-lərdə yayılan xəbərlər öz təsdiqini tapmır.

Virtualaz.org saytının etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) çağırılıb və orada ifadə verib.

Beynəlxalq Bankın sabiq rəhbəri “kredit oliqarxları”nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib.

Xatırladaq ki, C.Hacıyev oktyabrın 17-də vəzifəsindən azad edilən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudadır.


Oxşar Xəbərlər

Xəbər lenti