Salyanda motosikletlə “Jiquli” toqquşub, motosikletçi xəsarət alıb

 

Bu gün günorta saatlarında Salyan şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində motosikletçi xəsarət alıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 46 yaşlı Salyan şəhər 20 Yanvar küçəsinin sakini Qalib Mətləb oğlu Babayevin idarə etdiyi motosiklet "Jiquli” markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində xəsarət almış motosikletçi Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Virtualaz.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}