Rusiya boyu kütləvi həbslər gedir

 

Rusiyada prezident Vladimir Putinin sabaha təyin edilmiş inauqurasiya mərasimi ilə eyni vaxtda müxalifət lideri Aleksey Navalnının bütün ölkə boyu insanları "Bizə Çar lazım deyil!” şüarı ilə küçələrə çıxmağa çağırması kütləvi həbslərə səbəb olub. virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Navalnının tərəfdarları bir sıra şəhərlərdə polisə aparılır, barələrində inzibati həbs qərarı çıxarılır.

Peterburqda Navalnının qərargahının könüllüsü və "Peterburq baharı” hərəkatının koodinatoru İlya Gantvarqı saxlayıblar. Çeboksarıda Navalnının qərargahının rəhbəri Sergey Koçkin və 5 may aksiyasının təşkilatçıları polisə aparılıb. Kemerovoda da Navalnının tərəfdarlaır polisə aparılıb və onlara sabahkı aksiyaya çıxmamaq barədə xəbərdarlıq edilib.

Ryazan, Tambov və Krasnodarda da Navalnının tərəfdarlarının saxlanılması haqda xəbərlər gəlir. Onları ya cərimələyirlər, ya inzibati həbsə məhkum edirlər. Volqoqradda isə prokurorluq əməkdaşları məktəbə gələrək Navalnının qərargahının könüllüsünü "O bizə Çar deyil” aksiyasının yolverilməzliyi barədə xəbərdar edib. Yekatrinburqda da polis Navalnının qərargahına basqın edib. Onlar axtarış aparıblar və 5 may aksiyası ilə bağlı plakatları müsadirə ediblər.



Oxşar Xəbərlər

Xəbər lenti