8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Strateq.az "Amerikanın Səsi” radiosuna istinadən bildirir ki, məhkəmə Bakı Apellyasiya Məhkməsinin qərarını dəyişmədən saxlayıb.
2017-ci il martın sonundan azadlıq.org daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönümlü saytlara giriş əngəllənib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxıb ki, Baş Prokurorluğun müraciəti əsasında belə bir addım atılıb. 2017-ci il mayın 12-də Səbael Rayon Məhkəməsi azadliq.org, azadliq.info saytları, eləcə də MeydanTV, TuranTV və "Azərbaycan saatı” televiziya proqramının internet səhifələrinin bloklanması barədə qərar qəbul edib.
Bakı Apellyasiya Məhkəməsi də 2017-ci ilin dekabrında Səbail Rayon Məhkəməsinin çıxardığı qətnaməyə heç bir dəyişiklik etmədən qüvvədə saxlayıb. Bu günki məhkəmədə Azadlıq Radiosunun nümayəndəsi Adil İsmayılov bildirib ki, qanunvericiliyə görə saytların bloklanması ilə bağlı şikayətə məhkəmə 5 gün müddətinə baxmalıdır.
"Amma, birinci instansiya məhkəməsinin saytların bloklanması ilə bağlı qəraraından bir il keçib. Ümid edirəm ki, Ali Məhkəmə prosesi uzatmadan qərar qəbul edəcək”, o qeyd edib.
İsmayılov bildirib ki, AzadlıqRadiosu dünyada yayımlanır və 35 milyon insan bu radionun saytına giriş edir. Nümayəndə həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və məhkəmələrin müxtəlif saytların birgə bloklanması barədə qərarını düzgün hesab etmir.
"Mən hər bir saytla bağlı şikayətə ayrılıqda baxılması barədə vəsatət qaldırdım. Lakin məhkəmə vəsatətləri təmin etmədi”, -o qeyd edib.