8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Xarici bir ölkə tərəfindən təlimatlandırılaraq silahlandırılan terrorçular Əhvaza hücum edib”.
Bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif sentyabrın 22-də Xuzistan əyalətinin Əhvaz şəhərində törədilən terrorla bağlı "Twitter” səhifəsində yazıb.
"Ölənlər arasında uşaqlar və jurnalistlər də var. Regionda terroru dəstəkləyənlər və onların ustadları ABŞ bu cür hücumlara görə məsuliyyət daşıyır. İran hakimiyyəti iranlıların həyatını müfafiə etmək üçün qısa bir zamanda və qəti şəkildə cavab verəcək”, – deyə o, vurğulayıb.
Qeyd edək ki, İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parada zaman törədilən terror nəticəsində ölənlərin sayı 11-ə, yaralıların isə 30-a çatıb, 2 terrorçu zərərsizləşdirilib.
Terrorun məsuliyyətini "Əl-Əhvaziyyə” adlı qruplaşmanın üzərinə götürdüyü barədə məlumat yayılıb.
Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsi ilə bağlı "Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirilir. Ölkə paytaxtında keçirilən bu tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.
Bu tədbirə körfəzdə və Bəndərabbas limanında 600 döyüş gəmisi də qatılıb/Report.