18-06-2025, 08:36
5-06-2025, 14:14
23-05-2025, 18:15
17-05-2025, 18:52
7-05-2025, 17:45
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Zhejanq Zin, 1963-cü il təvəllüdlü Meng Lin Çen və Rusiya Federasiyası, Dağıstan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər üç şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib,
Qeyd edək ki, həmin şəxslər Yasamal rayonu Şərifzadə küçəsində yerləşən "Rabitə Bank”ın "Yasamal” filialında külli miqdarda – 18 min 900 saxta ABŞ dolları dəyişmək istəyərkən tutulublar.
Onlar maddi subut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər.
Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.