8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bolqarıstanın paytaxtı Sofiyada gürcü Levan Şoniya ilə bolqar Spas Qenov arasındakı boks döyüşündə insident yaşanıb.
Axşamın əsas döyüşü superağır çəkidə Beynəlxalq Boks Federasiyasının (International Boxing Federation, IBF) çempionu titulu uğrunda britaniyalı Hyuqi Fyuri və bolqar Kubrat Pulev arasında qarşılaşma idi.
Şoniya-Qenov döyüşü bu qarşılaşmanın anderkartı idi.
Hakimlər qələbəni Qenova verəndən sonra gürcü Şoniya rəqibinə hücum etməyə çalışsa da, referi buna imkan verməyib.
Levan Şoniyanın məşqçisi rinqə çıxaraq yetirməsini sakitləşdirməyə çalışıb. Bu zaman Şoniya məşqçisinə iki yumruq atıb, sonra yenə Qenova hücum etməyə can atıb. Məşqçi təkrarən onu sakitləşdirmək istəyəndə Şoniya yenə onu vurub.
Levan Şoniyanın aktivində indi 15 qələbə (11-i nokautla) və 11 məğlubiyyət var.
Hyuqi Fyuri-Kubrat Pulev oqarşılaşmasında isə bolqar Pulev 117-111, 118-110, 115-113 hesabla qalib gəlib.