İSRAİL SURİYADA ONLARLA HƏDƏFƏ ZƏRBƏ ENDİRDİ

İSRAİL SURİYADA ONLARLA HƏDƏFƏ ZƏRBƏ ENDİRDİ

 

Sozcu.info xəbər verir ki, İsrail bu gecə Suriyanın cənubundakı Kuneytra əyalətinin Baas və Hadar rayonlarına tank və raket zərbələri endirib. Bu rayonlar Suriya dövlətinin öz nəzarəti altında qalmış əraziləridir.

 

Suriya qüvvələrinin qarşılıq verməsindən sonra İsrailin hərbi təyyarələri Baas şəhərinin çevrəsindəki bölgələrə və Kuneytra əyalətinin şimalındakı Tel Ahmar bölgəsinə hücum edib. Hücumdan sonra İsrailin əlində olan Golan bölgəsindən həyəcan siqnalı səsləri gəlməyə başlayıb.

İsrailin hücum elədiyi obyektlər arasında Dəməşq şəhərinin şimalında yerləşən İran hərbi düşərgəsi, paytaxt aeroportundakı silah anbarı, müşahidə məntəqəsi, həmçinin "Əl-Qüds”ün sərhəddəki digər mövqeləri olduğu xəbəri verilib.

İsrail ordusu: "İran qüvvələri Suriyadan İsrailə 20 raket atıb”

İsrailin Müdafiə Nazirliyi İran qüvvələrinin Suriyadan İsrailə doğru 20 ədədə yaxın raket atdığını bəyan edib.

İsrail ordusunun yazılı açıqlamasında, İran İnqilabı Keşikçiləri Korpusuna tabe olan Qüds Qüvvəsinin Suriyadan İsrailin işğalı altındakı Golan təpələrindəki bazalara doğru iyirmiyə qədər raket atdığı bildirilir.

Atılan bütün raketlərin İsrailin hava hücumundan müdafiə sistemi Dəmir Günbəz tərəfindən havada zərərsizləşdirdiyi, hücum zamanı ölənlərin və yaralananların olmadığı bildirilib.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti