“O videodakı mənim həyat yoldaşım deyil” - İcra başçısının müavini

“O videodakı mənim həyat yoldaşım deyil” - İcra başçısının müavini

 

Samux rayonunun icra başçısının müavini Qəzənfər Əliyev həyat yoldaşı, Gəncədəki 10 nömrəli məktəbin direktoru Arzu Əliyevanın valdieynlə əlbəyaxa çıxması barədə yayılan xəbərlərdən danışıb.

O, bildirib ki, görüntülərdəki şəxs onun həyat yoldaşı deyil:

"Bəli, həyat yoldaşım Gəncədəki 10 nömrəli məktəbin direktorudur. Mən Samuxda yaşayıram, o, Gəncədədir. Nə fikir bildirəcəyəm ki? Fikri o videonu sizə göndərən adamdan soruşun. Kimsə bir şey deyəndə aydınlaşdırmalıdır. Məktəbdən öyrənin də, məndən niyə soruşursunuz? Niyə mənim adım hallanmalıdır ki? Heç o məktəbdə də oxumamışam ki, kimsə adımı hallandırsın. Mənim adım tarixində heç harda hallanmayıb. Elə oğlan deyiləm ki, adım hardasa hallansın. O videodakı mənim həyat yoldaşım deyil. Biz dövlət nümayəndəsiyik, ürəyi dövlətlə döyünən adamlarıq. Əgər mənim səhvim varsa və o səhvi kimsə hardasa deyirsə, ona nə deyə bilərəm? Mən belə şeylərlə maraqlanmıram. O vaxt maraqlanaram ki, kimsə internetə dövlətin əleyhinə nəsə qoymuş olsun. Siz o videonu çəkən adamdan soruşun ki, hansı əsasla orada filankəsin olduğunu iddia edirsiz?".

Qeyd edək ki, iki gün öncə sosial şəbəkələrdə yayılan videoda əslən Samux rayonundan olan direktor Arzu Əliyevanın valideynlə əlbəyaxaya çıxdığı bildirilirdi. Həmçinin qeyd edilirdi ki, sözgedən direktor mütəmadi olaraq valideynlərlə və pedaqoji heyətlə bu kimi problemlər yaşayır.

Qeyd edək ki, A.Əliyeva Samux rayonunun icra başçısının müavini Qəzənfər Əliyevin həyat yoldaşıdır/olkə.az

 



Oxşar Xəbərlər

Xəbər lenti