Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"ABŞ-ın təhdid siyasəti başda NATO olmaqla, müttəfiq ölkələrlə münasibətlərini alt-üst edəcək”.
Sozcu.info xəbər verir ki, bu iddia Stokholom Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIRPI) mütəxəssisləri tərəfindən səsləndirilib.
Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sisteminin doğuracağı nəticələri proqnozlaşdıran mütəxəssislər bildirib ki, Donald Tramp Administrasiyası tərəfindən qüvvəyə minən CAATSA sanksiyaları bir çox ölkəni geri addım atmağa məcbur edir:
"Bu sanksiyalardan yan keçməklə Rusiyadan silah almaq çətin məsələdir. Bir çox silah alıcısı ABŞ-ın milli dəyərləri baxımından əhəmiyyət daşımaqdadır. Bunlar bəzən Hindistan kimi ABŞ-ın strateji müttəfiqləri və ya rəsmi ittifaq içində olan əməkdaşlardır. Məsələn, bəzi NATO üzvləri hələ də SSRİ istehsalı olan silahlardan istifadə edib, Rusiyadan ehtiyat hissələri almaqdadırlar. CAATSA sanksiyaları ilə təhdid edilən bir çox ölkə öz milli maraqlarına zərər verən ABŞ-ın milli maraqlarının qurbanı olduqlarını düşünür. Ən yaxşı ehtimalla, bu ölkələrin ABŞ-la münasibətləri korlanır. Ən pis ehtimalla isə ölkələr bir-birindən uzaqlaşır və düşmənə çevrilirlər.
Sanksiyaların türk silah sənayesinə güclü bir təsir göstərəcəyini vurğulayan SIRPI Silah və Hərbi Büdcə (AMEX) proqramı mütəxəssisi Siemon Vezeman sanksiyaların məhdud sayda olmasına rəğmən, gələcəkdə təhdid riskini saxlayacağını və daha da böyüyəcəyini dilə gətirib. Mütəxəssis bildirib ki, Türkiyənin ən yaxşı variantlarından biri "tərəf dəyişdirmək” olacaq.
"Rusiya və Çin kimi ABŞ-a bağlı olmayan ortaqlar tapmaq və onlarla silah bazarında işləmək Türkiyə üçün 180 dərəcə dönüş ola bilər. Lakin bu dönüş Türkiyə üçün maliyyəsi çox, irəliləyişi yavaş olacaq. Türkiyə ordu baxımından NATO-ya ən böyük fayda verən ölkələrdəndir. Silahlar, xərc, strateji mövqe. Bu, ABŞ və NATO üçün əhəmiyyətli ola bilər. Lakin S-400-dən sonra yaranan böhran sadəcə ABŞ və Türkiyə arasındakı məsələ deyil, bunun təsiri NATO-da genişmiqyaslıdır. Hətta NATO-nun parçalanma ehtimalı belə var. 2014-cü ildən bəri canlanan Rusiya ilə mübarizədə Türkiyə kimi müttəfiqi əldən vermək NATO-nun mənfəətinə uyğun deyil. Buna görə də S-400 məsələsində razılığa gəlinməsi, ən azından, münasibətləri qaydaya salmaq, etibarı xilas etmək və ittifaqı qorumaq lazımdır. Türkiyə S-400-ü əlində saxlayıb ABŞ istehsalı sistemlərdən ala və ya müttəfiqlər birlikdə yeni system istehsal edə bilərlər”.