ABŞ və Türkiyə şirkətləri arasında yeni əməkdaşlıq dövrü başlayır - BİRGƏ İSTEHSAL EDƏCƏKLƏR

ABŞ və Türkiyə şirkətləri arasında yeni əməkdaşlıq dövrü başlayır - BİRGƏ İSTEHSAL EDƏCƏKLƏR

 

Sozcu.info  xəbər verir ki, ABŞ-ın 14 ədəd sənaye, investisiya və konsaltinq şirkəti türk firmalarla əməkdaşlıq və ortaqlıq üçün danışıqlar aparmaq üçün həftə ərzində Türkiyəyə gələcəklər.

"US Turkey Executive Leaderhip Business Roundtable” – ABŞ-Türkiyə Yüksək Səviyyəli Liderlər Dəyirmi Masa İclası 22-23 iyul tarixində keçiriləcək.

ABŞ-Türkiyə Biznesinin İnkişafı Şurasının prezidenti Uğur Terzioğlu bu iclasın Amerika prezidenti Donald Trampın göstərişi ilə ABŞ-ın keçmiş daxili işlər naziri, Türk Dostluq Qrupunun üzvü olan Rayan Zinkenin təşkil elədiyini vurğulayıb. Terzioğlu, 14 amerikalı firmanın həm idarə heyətlərinin sədrlərinin, həm də hüquqşünaslarının gələcəklərini bildirib. Terzioğlu amerikalıların bu tədbirə böyük əhəmiyyət verdiklərini, bu iclaslarda birgə istehsal istiqamətində qəti addımların atılacağını deyib. Hər biri öz sahəsində lider olan bu firmaların Ukrayna, Macarıstan, Belorus kimi bir çox ölkədə yerli firmalarla ortaq investisiyaların olduğunu xatırladan Terzioğlu deyib: "Amerikalıların türk şirkətləri ilə ortaqlıq fikri qətidir”.

Türkiyəyə bu firmaların nümayəndələrinin gəlməsi gözlənilir: Artillery One LNG, Cox Oil, 7th Generation, Tellurian, KIG, Artillery One Cybersecurity, Continental Divide International, Anderson Economic Group, Saltzman & Evinch, Mergen Group LLC, Talos Energy, Herrick Feinstein LLP, Echelon Studios, Steel Construction and Finance LLC.

Türkiyə tərəfindən iştirak edəcək şirkətlər bunlardır: Koç Enerji Grubu, Ege Gas, Limak Holding, Aktifbank, Turan Borfit, Borusan, Botus, Sancak Grubu, Tekfen, Çalık Holding, Makyol, Kalyon, Alarko, Gülermak və s.



Oxşar Xəbərlər

Xəbər lenti