8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İran mediası Tehranda Cümə namazının bu həftə Ayətullah Xamnəinin imamlığı ilə qılınacağını açıqlayıb.
Xamnəi sonuncu dəfə 2012-ci ildə imam-cüməlik edib. Onun bu qərarına səbəb olan amil göstərilməsə də, Tehran rəhbərliyinin Ukrayna Hava Yollarının (UIA) sərnişin təyyarəsini vurduğunu etiraf etməsi ilə İranın bir çox şəhərində rejim əleyhinə nümayişlər və beynəlxalq təzyiq bu qərarın qəbulunda təsirli amillər sayılır.
Qasim Süleymaniyə sui-qəsdə görə qisas olaraq İranın İraqdakı ABŞ bazalarına raket hücumu ilə eyni vaxtda PS752 saylı Tehran-Kiyev uçuşunu həyata keçirən "Boeing 737-800” sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra vurulub.
İran rəsmiləri təyyarənin qəzasına dair məsuliyyəti əvvəlcə öz üzərinə götürməyərək bunun texniki səbəblərə görə baş verdiyini iddia ediblər.
ABŞ və Kanada kəşfiyyatının təyyarənin yerdən havaya atılan raketlə vurulduğuna dair dəlillər əldə edildiyini və sosial mediada təyyarənin raketlə vurulduğunu göstərən videoların paylaşılmasından sonra İran təyyarənin təsadüfən qəzaya uğramadığını etiraf etməli olub.
İran hökumətinin sərnişin təyyarəsinin təsadüfən vurulması elanı etirazlar doğurub.
Nümayişçilər vurulan təyyarəyə görə məsuliyyətin Xamnəiyə aid olduğunu və "Baş Komandan, istefa ver!” şüarını səsləndiriblər.
Xamnəinin xütbələri
İrandakı Cümə xütbələri mühüm dövrlərdə Xamnəiyə fikir və mesajlarını çatdırmaq üçün əlverişli zəmin yaradır.
Xamnəi siyasi böhranlar dövründə Cümə xütbələri vasitəsilə tərəfdarlarını birləşdirə bilir.
İranda prezident Xatəmi dövründə dünyəvi ziyalılara qarşı bir sıra sui-qəsdlər həyata keçirilib və buna görə Kəşfiyyat Nazirliyi ittihamlanıb.
Hadisə ictimai fikirdə ciddi təpki doğurduqdan sonra İranda siyasi böhran yaranıb.
Kəşfiyyat Nazirliyindəki bəzi məmurların bu sui-qəsdlərdə iştirak etdiyi açıqlandıqdan sonra Xamnəi Cümə xütbəsi ilə Kəşfiyyat Nazirliyini müdafiə edib və ABŞ-İsrail əleyhinə ritorikadan faydalanıb.
Bu xütbədən sonra Kəşfiyyat Nazirliyinin vəzifəli şəxslərinə qarşı istintaq dayandırılıb.
2009-un iyulunda da Cümə günü Xamnəi prezident seçkilərində qanun pozuntularının olması səbəbi ilə Yaşıl Hərəkatın təşkil etdiyi nümayişlər əleyhinə sərt tədbirlər görməyə çağırıb.
Onun son Cümə xütbəsi 17 yanvar 2012-ci ildə baş tutub.
Bu xütbədə "Ərəb Baharı” hərəkatlarına toxunan Xamnəi çıxışının bir hissəsini ərəb dilində səsləndirib.
Tərcümə: Strateq.az