8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İran hakimiyyəti Ukrayna təyyarəsinin ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulmasından yanvarın 10-da xəbər tutub.
APA-nın "İranın səsi” teleradio şirkətinə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbii bildirib.
Onun sözlərinə görə, yalnız cümə günü, yanvarın 10-da İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini əldə edib və İran Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Ə. Rəbii deyib ki, yanvarın 10-na kimi heç kim, hətta İran Prezidenti Həsən Ruhani də təyyarə qəzasının baş vermə səbəbini bilməyib.
Rəsmi nümayəndə qeyd edib ki, H. Ruhani təyyarənin vurulmasından xəbər tutan kimi, əhaliyə müraciət etmək barədə qərar qəbul edib.
Qeyd edək ki, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıblar. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.
Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.