"İran İsraili məhv etməyə dair çağırışlar edir..." - İsrailin Azərbaycandakı səfiri

"İran İsraili məhv etməyə dair çağırışlar edir..."

 

"İsrail Xarici İşlər Nazirliyi tərəfindən ölkə vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı xəbərdarlıq edilməyib. Əksinə XİN onları Azərbaycana səfər etməyə çağırır”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, İsrail XİN bəzi hallarda bir sıra ölkələrdə yaşayan vətəndaşlarına xəbərdarlıq edir ki, bu, daha çox təhlükəsizliklə bağlı olur.

"Azərbaycan cənubda İranla sərhəddir. İran İsraili məhv etməyə dair çağırışlar edir. İsrail XİN isə bu barədə vətəndaşlarımızı məlumatlandırır”, - deyə səfir vurğulayıb.

C. Dik qeyd edib ki, İsrail Azərbaycanın İkinci Dünya müharibəsində nasizmə qarşı mübarizədə verdiyi töhfəni yüksək dəyərləndirir: "İsrail və Azərbaycan dünyanın şiddətdən, terrorizmdən azad bir yer olması ilə bağlı fikirdə həmrəydir”.

Diplomat bildirib ki, İran regionda terrorçu qruplara yardım edir və onların vasitəsilə regionda qeyri-sabitlik yaratmağa çalışır.

"Biz İran xalqına hörmət edirik, onların rejimə qarşı mübarizəsini dəstəkləyirik. İran rejimi Tehran küçələrində tapdalanması üçün ABŞ və İsrail bayraqlarını yerə həkk etmişdilər. Lakin insanlar bunu etmədilər. Biz həmin insanlara hörmətimizi ifadə edirik. Əhalidən tutulan vergi məktəblər və xəstəxanaların inşa edilməsi yerinə, terrorçuluğa, Qasım Süleymaninin fəaliyyətinə sərf olunur. Bu, utandırıcı haldır”, - deyə səfir vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti