Paşinyanın sirli xəstəliyi - İrəvan Qarabağla və odla oynayır

 

Ermənistanın baş naziri əqli sağlamlığını  və reytinqini itirir, böyük savaş isə yaxınlaşır; düşmən müharibəni seçib? Rusiyalı politoloq: "Hazırkı durumda çox şey Azərbaycandan asılı olacaq...”

Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətinin ikinci ildönümü, daha dəqiq desək, "haqq-hesab” günü yaxınlaşır. Mayın 8-i yaxınlaşdıqcab deyəsən, baş nazirin təlaşı da artır. Söhbət təkcə üsyançı ermənilərə verdiyi vədləri tuta bilməməkdən getmir. Bunlar həmçinin reallaşmayan və lağlağı mövzusuna çevrilən "iqtisadi möcüzə” məsələsi öz yerində. Problem həm də ondadır ki, Paşinyan iki ilə yaxın müddətdə yeni hakimiyyətin dayaqlarını da möhkəmlədə bilməyib.

Bunun daha bir təzahürü N.Paşinyanla Konstitusiya Məhkəməsinin sədri, keçmiş rejimin tərəfdarlarından sayılan Qrayr Tovmasyan arasında münasibətlərin indiyədək gərgin qalmasıdır. "Məxməri” baş nazir hələ də onu öz vəzifəsindən uzaqlaşdıra bilməyib. Amma dünən bəyan edib ki, "bu problem tezliklə yoluna qoyulacaq”. Necə? Bunu da yəqin ki, biləcəyik. Ancaq görünən budur ki, Paşinyan daxildə bir neçə cəbhədə mübarizə aparmaq zorunda qalıb və o üzdən xeyli əsəbi və gərgin görünür. 

paşinyanın musavat.com ile ilgili görsel sonucu      

Maraqlıdır ki, bu arada Nikol Paşinyanın kəskin nevroz səbəbi ilə tibbi yardıma müraciət etdiyi haqda xəbər yayılıb. Belə bir iddia ilə "Master Pera” teleqram kanalı çıxış edib. Məlumata görə, Paşinyana tibbi yardımı Ermənistan Səhiyyə Nazirliyinin baş psixoterapevti, nevroz klinikasının direktoru Çolak Akopyan göstərib. Baş nazirə kəskin nevrotik pozğunluq diaqnozu qoyulduğu bildirilir.

Əlbəttə, tibdən azacıq anlayışı olanlar bilir ki, nevrotik pozğunluq hələ psixi pozğunluq, dəlilik  deyil. Amma Nikol Paşinyan faktiki, daxili problemlərin girovuna çevrilib, başını itirib. Ən ciddi problemlərin rasional həll yolunu tapa bilmir və o səbəbə onu iqtidar eləmiş cəmiyyətdə öz nüfuzunu, reytinqini sürətlə itirir.

"Məxməri” baş nazir üçün daha bir başağrısı təbii ki, problemlərin problemi sayılan məsələ - həll olunmamış Qarabağ konflikti ilə bağlıdır. Hansı problemə girişməyə ki, o, iki ildir cürət eləmir. Reytinqi azaldıqca Qarabağ məsələsindən daha çox çəkinir. Odur ki, məsuliyyəti separatçı rejimin üstünə atmağa çalışır. Onun Qafanda keçirdiyi son mətbuat konfransı buna bariz sübutdur.                   

*****

paşinyanın musavat.com ile ilgili görsel sonucu

Rusiyalı tanınmış politoloq Qriqori Trofimçuka görə, bu, onun göstəricisidir ki, Nikol Paşinyan əvvəlcədən Bakı ilə Qarabağ danışıqlarına heç bir töhfə vermək niyyətində olmayıb. "O, hətta Serj Sərkisyan dönəmindəki formal danışıqlara belə hazır deyil. İndi məntiqi zəncir alınır: hakimiyyətə gələndən Paşinyan Qarabağ təmsilçilərinin də danışıqlar stolu arxasında oturmasının vacibliyini bəyan edirdi, indi isə həmin təmsilçilərin dilindən bir qarış torpağın belə Azərbaycana qaytarılmayacağı bəyan edilir. Beləcə, danışıqlar prosesi avtomatik sıfırlanır, ona görə ki, Azərbaycan üçün danışıq predmeti daha qalmır. Bundan əlavə, Ermənistanın baş naziri baş verənlərə görə bütün məsuliyyəti öz üzərindən ataraq, belə demək mümkünsə, onu qarabağlıların üstünə qoyur”, - deyə politoloq qeyd edib.

Rusiyalı analitikə görə, yaranmış durumda çox şey Azərbaycandan asılı olacaq. "Ona görə ki, Bakı Paşinyanın Qarabağ ”konsertləri" ilə passiv müşahidəçi vəziyyətinə qoyulur. Axı Azərbaycan əgər nə sülh danışıqları, nə də müharibə aparmırsa, o zamanb ümumiyyətlə, diqqət dairəsindən çıxmış olur və onu Qarabağa iddiaları heçə enir. Azərbaycanda isə fəallar daima tələb edirlər ki, vuruşmaq lazımdır. Yaranmış durumda hansısa rayonların "mifik” qaytarılması barədə danışmaq  - hansı ki, uzun illərdir tez-tez Rusiyanın ekspert cameəsində də eşidilir, - mənsız görünür. Azərbaycan heç kim heç nə qaytarmağa hazırlaşmır. Ancaq mən deməzdim ki, intriqa bununla bitir. O, hələ təzə-təzə başlayır. Axı Paşinyan Sərkisyan deyil - o cümlədən də Moskva üçün. Rusiyanı o, açıq-aşkar qane eləmir. Odur ki, ən maraqlısı hələ qabaqdadır", - deyə Trofimçuk sonda əlavə edib.

paşinyanın musavat.com ile ilgili görsel sonucu

"Hakimiyyət erməni cəmiyyətini inandırmağa çalışır ki, Dağlıq Qarabağ ətrafında ərazilərin işğal altında saxlanması milli təhlükəsizlik məsələsidir və guya 25 ildən çox davam edən iqtisadi blokadanı önləməkdən az önəm daşımır. Ancaq blokadaya məhz erməni tərəfinin ultimativ mövqeyi səbəb olub. İşğalın Ermənistana iqtisadi inkişaf üçün heç bir şans verməməsinə baxmayaraq, ondan hələ də ideoloji marker qismində istifadə olunur - nəyin sayəsində ki, erməni siyasətçilər kimin ”özününkü", kiminsə "yad” olduğunu müəyyən edirlək".

Bunu isə "Yeni Müsavat”ın məlumatına görə, erməni siyasi şərhçi  Mamikon Babayan "Vestnik Kavkaza” portalındakı məqaləsində yazıb...

*****

Beləcə, Nikol Paşinyanın son açıqlamaları və ona separatçı rejimdən verilən sarsaq reaksiyalar belə bir qənaəti yaradır ki, reallıq hissini itirən düşmən təhlükəli bir oyuna girib və sülhü yox, müharibəni seçib. O halda əlbəttə ki, diplomatik danışıqlara lüzum qalmır. Diplomatlıq iş qalmırsa, onda sözü hərbçılər deməli olacaq. Azərbaycan hərbçiləri, Azərbaycan Ordusu...



Oxşar Xəbərlər

Xəbər lenti