“ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır” -Ərdoğan

“ABŞ-da baş verən hadisələr bütün bəşəriyyəti heyrətləndirib”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
“ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır. Toqquşmalarda ölənlərin ailələrinə başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan yanvarın 20-də hazırkı Prezident Donald Trampın vəzifəsini qanun çərçivəsində yeni seçilmiş Prezident Co Baydenə təhvil verəcəyinə ümid etdiyini qeyd edib. (apa)


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}