8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu barədə Kerrubiyə yaxınlığı ilə tanınan "Saham" saytına müxalif liderin həyat yoldaşı Fatma Kerrubi məlumat verib.
O, bildirib ki, Kerrubi hazırda ürək dərmanlarından başqa heç nə qəbul etmir: "Mehdi Kerrubinin belə aksiyaya əl atmasının səbəbləri var. Onun tələbi xalqın qarşısında məhkəməsinin qurulması və təhlükəsizlik qüvvələrinin evimizi tərk etməsindən ibarətdir".
Xatırladaq ki, 2009-cu il seçkilərinin nəticəsinə etiraz edən islahatçı müxalif lider Mehdi Kerrubi aksiyalar zamanı ortaya çıxan iğtişaşlara dəstək verməkdə ittiham olunaraq, ev dustağı edilib.
O, ötən ilin aprel ayında prezident Həsən Ruhaniyə müraciət edərək "Sizdən ev həbsimi bitirməyinizi istəyirəm. Bunun sizin əlinizdə olmadığını bilirəm. Sadəcə, konstitusiyanın 168-ci maddəsini və xalqın Sizə verdiyi səlahiyyətinizi yerinə yetirib, mənim məhkəmə qarşısına çıxarılmağımı rejimdən tələb etmənizi istəyirəm", – deyə, xahiş etmişdi.
Lakin bu tələbi təmin edilməyib. Üstəlik, ötən il ürəyində yaranan problem zamanı təhlükəsizlik qüvvələrinin müşaiyəti ilə xəstəxanaya aparılıb, müalicə aldıqdan sonra isə yenidən ev həbsi uzadılıb.