Rəfsəncaninin mümkün varisi:Ayətullah Xomeyninin "şair" nəvəsi adaşının xilaskarı ola bilər - Təhlil

Rəfsəncaninin mümkün varisi:Ayətullah Xomeyninin "şair" nəvəsi adaşının xilaskarı ola bilər

 

Ruhullah Fəqihi

"Al-Monitor"

 

Mərhum Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İranda "mülayim" düşərgənin öncülü kimi tanınırdı. O, həmçinin 2009-cu il prezident seçkiləri ilə bağlı iğtişaşlarda qarşı-qarşıya gəlmiş hakim zümrə və islahatçılar arasında yeganə körpü rolunu oynayırdı.

Rəfsəncani bu ilin yanvar ayında vəfat etdi, onun ölümü tərəfdarları üçün böyük sarsıntı idi. İslahatçılar eyni yanaşmaya sahib siyasətçilərlə birgə Rəfsəncanini dəfnində böyük qələbəlik yaratdılar.

ABŞ-ın dəstəklədiyi şahı devirən 1979-cu il İslam İnqilabının "sütunu" hesab edilən Rəfsəncani son onilliklərdə bir neçə nüfuzlu vəzifələri (parlament spikeri, prezident) tutmuşdu. Ömrünün son illərdə o, islahatçılar düşərgəsinin aparıcı siması olmuş və mötədil siyasi qanada yardım etmişdi.

2009-cu ilin prezident seçkilərində Mahmud Əhmədinejad qalib elan edildi, lakin seçkilərdə iki namizədi olan islahatçılar səsvermənin saxtalaşdırıldığını iddia edərək, nəticələri rədd etdi. Uzun etirazlardan sonra islahatçı namizədlər Mir Hüseyn Musəvi Mehdi Kərrubi 2012-ci ildə ev həbsinə məruz qaldı və islahatçılar düşərgənin fəaliyyəti məhdudlaşdırıldı.

İslahatçılardan əlavə, mühafizəkar düşərgənin də "öz evində" sıxışdırılan xadimləri son illərdə mötədil düşərgəyə köç ediblər. Mötədillər arasından prezidenti Həsən Ruhani, ali liderin müfəttişi Əkbər Natiq-Nuri və parlament sədri Əli Laricani mötədilllər arasında ən görkəmli simalardır.

Rəfsəncaninin vəfatından sonra çoxlarını bu düşündürür ki, sərt siyasət tərəfdarlarının gözünə tikan kimi batacaq şəxs kim olacaq?

Bir çox fiqurlar mümkün varisin kim olacağına da dair mülahizələr yürütdü. Lakin mötədillərin içində bəlkə də ən güclü lider, islahatçılar və hakim komanda arasında gərginliyi və fikir ayrılıqlarını həll edə bilən şəxs artıq önə çıxıb – Seyyid Həsən Xomeyni.

Xomeyni, İslam Respublikasının qurucusu Ayətullah Seyyid Ruhullah Xomeyninin nəvəsi bu günə qədər fəaliyyətini, ilk növbədə, siyasətdən daha çox İslam fiqhin öyrənilməsinə yönəltmişdi. Həqiqətən, siyasi arenaya daxil olması üçün dönə-dönə edilən çağırışlara baxmayaraq, Xomeyni nadir hallarda siyasətdən danışır və siyasətdən söz açarkən, metaforalardan və şeirlərdən istifadə edirdi.

Nisbətən cavandır, 44 yaşı var, gənclər arasında populyardır. Çünki daim vurğulayır ki, sərt baxışlara qarşıdır. Lakin bu, problematik məsələyə çevrilib və Xomeynini sərt xətt tərəfdarlarının hədəfi edir.

Keçən ilin fevral ayında Ekspertlər Məclisinin seçkiləri yaxınlaşdıqda, Xomeyninin namizədliyi irəli sürmək çağırışları artdı və ilk dəfə Rəfsəncani açıq şəkildə onu bu addımı atmağı xahiş etdi. Xomeyni nəhayət ki, qəti olaraq buna razılıq verdikdə, namizədləri yoxlamaq vəzifəsi həvalə edilmiş Nəzarətçilər Şurası onun namizədliyinə qadağa qoydu – ehtimala əsasən, İslam hüququnu (fiqh) kamil bilmədiyi üçün.

Şuranın qərarı bir çox analitiklər tərəfindən siyasi motivli kimi qiymətləndirildi, çünki Hüseyn Vəhid Xorasani daxil olmaqla, onilliklər boyu Qum mədrəsədə ən yüksək səviyyədə İslam hüququnu tədris etmiş bir çox böyük ayətullahlar Xomeyninin namizədliyini dəstəkləmişdi.

Xomeyni – İranın siyasi səhnəsində Rəfsəncaninin onun işini davam etdirəcəyinə ümid bağladığı simalarından biridir. 2015-ci ilin avqustunda nadir açıqlamalarının birində Rəfsəncani həftəlik "Tolue sobh" nəşrinə bildirmişdi: "Həsən Xomeynini Ekspertlər Məclisinin seçkilərində iştirakı yaxşı olardı. Amma bilmirəm bunu sağlığımda görə biləcəyəmmi. İndi onun növbəsidir, gələcəkdə inqilabı qorumaq onun vəzifəsidir".

Rəfsəncanin yerini tutmaq üçün Xomeyni bir neçə üstünlüklərə malikdir. O, məşhur və hörmətli Xomeyni nəslinin üzvüdür və həm mötədillər, həm islahatçılar və Qum mədrəsəsi müəllimlərinin yüksək nüfuzlu cəmiyyəti də daxil olmaqla, hətta bir sıra mühafizəkarların arasında qəbul edilir.

2014-ci ilin mayında mühafizəkar Ayətullah Məhəmməd Əli Movəhhidi Kermani, Tehranın müvəqqəti imam-cüməsi babasının vəfatı münasibətilə Xomeyninin çıxışını dayandırmaq istəyən sərt siyasət tərəfdarlarının cəhdinə açıq cavab verdi: "İmamın [Ruhullah Xomeyni] ailəsi və nəvələrinə qarşı bu nə zalım əməldir? Bu əməllər məhkum olunmalıdır". Sonra da əlavə etdi: "Siz Həsəni təhqir edəndə, ali lideri onu qucaqladı və öpdü. Bu qucaqlaşmanın mənası Həsənə qarşı nəzakətli olma buyruğudur".

Bundan əlavə, ultra-mühafizəkar Ayətullah Məhəmməd Yəzdi, Nəzarətçilər Şurasının üzvü İslam Respublikası banisinin nəvəsinin Ekspertlər Məclisi seçkilərindən kənarlaşdırılmasına üzülmüşdü. O, Xomeyninin fiqh sahəsində biliyinə şübhə etmirdi.

Xomeynidən fərqli olaraq, Rəfsəncanini əvəz etməyə iddialı olan Ruhani və Laricani kimi digər namizədlərin mühafizəkar və islahatçı düşərgələrdə bəzi xadimlərlə yaxşı münasibətləri yoxdur. Məsələn, bir sıra islahatçılar Laricani və Ruhani haqqında tərəddüd keçirirlər. Onlar bu iki şəxsin əvvəllər mühafizəkar düşərgədə olmasını nəzərə alırlar. 

Ruhani və Laricani də mühafizəkar düşərgəsinə bəzi şəxslərlə münasibətdə eyni problemlə üzləşirlər. Lakin Xomeyninin vəziyyəti fərqlidir. O, müxtəlif insanlar, qruplar və tərəflərlə münasibətinin saxlanılmasında uğurlu durumdadır. 

Bundan başqa, Xomeyni mühafizəkarların arasında yaxşı hörmətə malik ruhani kimi nəzərdən keçirilir, hakim zümrə ilə islahatçılar arasında bağ yarada biləcək bir neçə simadan biridir. İslahatçılardan fərqli olaraq, Xomeyninin ali liderlə yaxşı əlaqələri var və güman edilir ki, bəzən onunla görüşür.

Bəzi analitiklər Rəfsəncani ilə yaxın münasibətlərə malik olmuş Natiq Nurini onu əvəz etmək üçün potensial namizəd hesab etsə də, bu şəxs on il əvvəl siyasi səhnəni tərk edib. Bundan əlavə, qayıtmaq çağırışlarından da imtina edib. Lakin Xomeynini sərt siyasət tərəfdarlarının hücumlarından müdafiə etməyə hazırdır.

Mühafizəkar analitik Nasir İmani də iddia edir: "Həsən Xomeyninin mənşəyinə və şəxsiyyətinə görə cənab Natiq Nuri onu ədalətsiz hücumlardan müdafiə etməyə meyllidir".

Keçmişdən fərqli olaraq, Xomeyni siyasət daxil olmağa və Rəfsəncaninin yükünü çiyinlərində daşımağa indi həmişəkindən daha çox yaxındır. Bu mənada, Ruhaninin ofisi bir fotoşəkili yaymaqla xüsusi məqsəd güdür: Rəfsəncani aradan çıxdıqdan sonra Xomeyni onlara əl uzadır. Bu o deməkdir ki, 19 May prezident seçkilərində Rəfsəncaninin rolunu oynamaq üçün Həsən Ruhani Həsən Xomeyniyə çox güvənir



Oxşar Xəbərlər

Xəbər lenti