Baş nazir: Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir

 

Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir.

Trend-in məlumatına görə, bunu Minskdə rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Belarusun Baş naziri Andrey Kobyakov deyib.

Azərbaycanla Belarus arasında iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf tempindən söz açan Baş nazir qeyd edib ki, son illər maşınqayırma, kənd təsərrüfatı texnikası və informasiya texnologiyaları istiqamətində əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Milli Məclisin sədri Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal iqtisadi layihələrdən söz açıb. Spiker Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi, ticari, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

O.Əsədov deyib ki, Minsk traktor zavodunun Gəncə avtomobil zavodunda istehsal olunan traktor və avtomobilləri Azərbaycan vasitəsilə Türkiyə bazarına çıxarılacaq.



Oxşar Xəbərlər

Xəbər lenti