Qarabağa köçürülməsi planlaşdırılan Rusiyanın “məxfi ordusu”na ABŞ-dan BÖYÜK ZƏRBƏ - 215 döyüşçü ÖLDÜRÜLDÜ

Qarabağa köçürülməsi planlaşdırılan Rusiyanın “məxfi ordusu”na ABŞ-dan BÖYÜK ZƏRBƏ - 215 döyüşçü ÖLDÜRÜLDÜ

 

Amerika qoşunları Suriyanın Deyr-ez-Zor əyalətinin Xaşşam yaşayış məntəqəsində aviazərbələr zamanı Rusiya tərəfini xəbərdar etmişdi.

Sozcu.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirib.

"Rusiyalılar bizə dedilər ki, orada lap əvvəldən Rusiya gücləri olmayıb. Düşünürəm ki, elədir. Amma bizdə tam aydınlıq yoxdur ki, orada rejim gücləri nə edirdi? Ən azından, indi orada sakitlikdir”, - amerikalı nazir deyib.

Mettis əlavə edib ki, Suriyada Rusiya və ABŞ silahlı qüvvələri arasında müxtəlif xoşagəlməz hadisələrin baş verməməsi üçün əlaqə xətlərindən daim istifadə edirlər: "Biz bir-birimizi məlumatlandırırıq. Biz ayırıcı xəttə yaxınlaşan güclər haqqında Rusiyaya zəng vurduq. Onlar həmin güclər haqqında heç nə bilmədiklərini deyiblər. Ehtimal ki, hökumət tərəfdarı olan güclər hansısa bir səbəbdən rusiyalılara məlumat verməyiblər və çayı keçərək bizə hücum ediblər”.

Qeyd edək ki, fevralın 7-də Suriya ordusunun tərəfində vuruşan döyüşçülər Deyr-ez-Zor əyalətində minaatanlar və reaktiv yaylım atəş sistemlərdən, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın vertolyotlarından atəşə tutulub. Məlumata görə, rejim tərəfdarları hökumət qoşunlarının postlarına atəş açan terrorçuların məhv edilməsi üçün keçmiş neft emalı zavodu istiqamətində kəşfiyyat-axtarış hərəkətlərini icra edirdi.

Bir başqa iddiaya görə, Suriya ordusunun tərəfində vuruşan döyüşçülər, həmçinin İrandan olan hərbçilər ölkənin ən zəngin neft yataqlarına malik olan olan bölgədə portativ körpülərin köməyilə Fərat çayının şərqinə keçib. Onların ümumi sayının təxminən 500 nəfər olduğu deyilir. İtkilərin sayı barədə isə informasiyalar fərqlidir. Bəzi KİV-lərin yazdığına görə, hücum nəticəsində 100-dən çox döyüşçü ölüb. Eyni mənbələr ölən döyüşçülər arasında biri polkovnik olmaqla 3 Rusiya hərbçisinin də olduğunu bildiriblər.

Lakin rusiyalı vəkili Mark Feyqin fərqli bir iddia səsləndirib. Vəkil Tvitter səhifəsində yaxıb ki, ABŞ-ın aviazərbələri nəticəsində Rusiyanın şəxsi hərbi şirkəti olan "Vaqner qrupu” 215 nəfər itki verib.

"”Vaqner qrupu”ndakı insanlarla ünsiyyət saxlayan şəxs bildirdi ki, Suriyada Fərat çayının sahilində ölən muzdluların sayı 215 nəfər olub”, - o yazıb.

Qeyd edək ki, "Vaqner qrupu” ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkin tərəfindən Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan zabitlərdən komplektləşdirilib. Qrup çox qapalı struktur hesab olunur. Bəzi KİV-lərin iddiasına görə, "Vaqner qrupu” 2014-də Donbasda, sonradan isə Suriyada döyüş əməliyyatlarında iştirak edib. KİV-lər rusiyalı muzdluların Suriyada döyüşlərdə iştirakına dair dəfələrlə sübutlarla çıxış edib. Məsələn, Rusiyanın "Fontanka” nəşri "Vaqner qrupu”nun Suriyada itkilərini onun tərkibində vuruşanlara istinadən bir neçə dəfə yazıb.

2016-cı ildə isə "RBC" saytının araşdırmasında deyilirdi ki, Rusiya "Vaqner qrupu"nu Dağlıq Qarabağa köçürmək haqda düşünür. Saytın yazdığına görə, bu ordunun Rusiya Müdafiə Nazirliyi Baş qərargahı yanında Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı olduğu haqda informasiyalar mediaya sızıb. Xüsusilə Ukrayna və Suriyadakı əməliyyatlarda iştirakından sonra onların kimliyi, yerləşdikləri düşərgə və digər informasiyalar de-şifrə olunub.

Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti sayta bildirib ki, Rusiya Müdafiə Nazirliyi qrupun düşərgəsinin başqa yerə köçürülməsini müzakirə edib.

"Mümkün variantlar arasında Tacikistan, Dağlıq Qarabağ və Abxaziya var", - deyə o bildirib. Müdafiə Nazirliyindəki mənbə də bu faktı təsdiqləyib.

Sayt qeyd edir ki, bu qrup öz effektivliyini sübut etdiyi üçün onun ləğvi haqda düşünülmür.

Lakin bütün bu informasiyalar heç bir halda rəsmi təsdiqini tapmayıb. Rusiya Müdafiə Nazirliyi isə jurnalistlərin araşdırmalarını "mif” adlandırıb.



Oxşar Xəbərlər

Xəbər lenti